Mobil versiya
Ermənistan parlamentində spikerlə deputat arasında gərgin mübahisə
Tarix: 02-07-2026 | Saat: 14:24
Bölmə:Özəl | çapa göndər

Ermənistan parlamentində spikerlə deputat arasında gərgin mübahisə



Ermənistan parlamentinin növbədənkənar iclasında parlament sədri Alen Simonyan ilə müxalif "Ermənistan" blokunun deputatı Artsvik Minasyan arasında sərt mübahisə yaşanıb.

Gərginlik əvvəlcə Artsvik Minasyanla hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Tsovinar Vardanyan arasında başlayıb.

Minasyan hakim partiya nümayəndəsinə müraciətlə bildirib:

“Tezliklə kimin çörək yeyib-yeməməsinə də siz qərar verəcəksiniz. Bəs siz kimsiniz?”

Daha sonra parlament sədri Alen Simonyan müzakirəyə müdaxilə edərək deputatı nəzakətli olmağa çağırıb.

Buna cavab olaraq Minasyan Simonyandan parlamentə hansı məqsədlə gəldiyini soruşub.

Simonyan isə belə cavab verib:

“Bu nə deməkdir – niyə gəlmişəm? Gəlmişəm ki, sənə maaşını və mükafatlarını ödəyim.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2026