Kiyevdə ölənlərin sayı artdı - Yenilənib
Tarix: 02-07-2026 | Saat: 16:30
Bölmə:Dünya | çapa göndər

Rusiya Kiyevə dron və ballistik raketlərlə hücum edib.
“aia.az” xəbər verir ki, bu haqda “Associated Press” (AP) məlumat yayıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, hücum nəticəsində azı bir nəfər ölüb. Şəhər meri Vitali Kliçko isə yaralananların sayının 11-ə çatdığını bildirib.
Məlumata görə, hücum Kiyevin bütün 10 rayonunu əhatə edib. Yaşayış binalarına ziyan dəyib, bir neçə ərazidə yanğın baş verib, dağıntılar altında qalan insanların xilas edilməsi üçün əməliyyatlar aparılır.
***
Timur Tkaçenko bildirib ki, ölənlərin sayı 8-ə, yaralıların isə 16-ya çatıb.
***
Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, daha 56 nəfər xəsarət alıb.
7 nəfərin dağıntılar altından sağ çıxarıldığı bildirilir.
Ümumilikdə Kiyev üzrə 20-dən çox yaşayış binası zərər görüb. 15 yerdə xilasetmə işləri davam etdirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2026
14:53 Deniz Göktaş saxlanıldı