Mobil versiya
Ülviyyə Xəlilbəyova: "Saçımı yoldu, pis sözlər dedi"
Tarix: 06-07-2026 | Saat: 14:54
Bölmə:Şou-biznes | çapa göndər

Ülviyyə Xəlilbəyova:


Aktrisa Ülviyyə Xəlilbəyova məktəb illərində yaşadığı xoşagəlməz hadisə ilə bağlı diqqətçəkən açıqlama verib.

aia.az-ın məlumatına görə, sənətçi bildirib ki, uşaqlıqdan yanaqlarının təbii olaraq qızarması müəllimlərindən biri tərəfindən yanlış başa düşülüb. Onun sözlərinə görə, riyaziyyat müəllimi bunu kosmetik vasitə hesab edərək hamının gözü qarşısında kobud davranış sərgiləyib.

Ülviyyə Xəlilbəyova həmin anları belə xatırlayıb:

"Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Riyaziyyat müəllimim bunu ənlik hesab etdi, dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu izah etsələr də, nə üzr istədi, nə də peşman olduğunu göstərdi."

Aktrisa qeyd edib ki, hadisənin üzərindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, həmin günü hələ də unutmayıb.

"Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!" - deyə sənətçi paylaşımında vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026