14 iyul: Yüksəlişin başlanğıcı, arxalardan ön sıralara sürətli sıçrayış
Tarix: 14-07-2026 | Saat: 12:52
Bölmə:Siyasət | çapa göndər

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
XX əsr Azərbaycan tarixinin önəmli və fövqəladə əhəmiyyətli günləri sırasında 14 iyul 1969-cu il ön sırada gəlir. Həmin tarixdə çoxları bu günü Azərbaycan xalqı və dövləti üçün adi - sıradan bir təqvim, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) plenumu hesab edirdi.
Amma həmin plenumda sovet Azərbaycanının rəhbərliyinə şəxsiyyəti və uğurları ilə düşmənlərini belə heyran qoyan Heydər Əliyevin seçilməsi bu tarixi xalqımız üçün əvəzsiz bir dəyərə qaldırdı.
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra baş verən prosesləri qısaca olaraq Azərbaycanın təşəkkülü hesab etmək olar. Dahi rəhbərin cəmiyyətin bütün sahələrində böyük inkişafa yönəlik fəaliyyəti Azərbaycanı ittifaq məkanında yüksək zirvəyə çıxarmış oldu. O zamana qədər sovetlər birliyi üçün yalnız xammal bazasına çevrilən, milli-mənəvi dəyərləri aşınmaya məruz qalan Vətənimiz Ulu Öndərin fenomenal səyi nəticəsində inanılmaz yüksəlişə nail oldu. Yeraltı və yerüstü sərvətlərinin ölkənin iqtisadi gücünə və xalqın sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənən siyasət 15 respublika arasında Azərbaycanı öncül sıralara qaldırdı.
Dövlət idarəçiliyində yerli kadrlara üstünlük verilməsi, müxtəlif sahələr üzrə azərbaycanlı mütəxəssislərin hazırlanması sovet məkanında “müsəlmanlar heç nəyə qadir deyil” düşüncəsini darmadağın etdi. Məhz Ümummilli Liderin milli əsaslara söykənən idarəçilik siyasəti sözün həqiqi mənasında ölkəmizi yenidən xalqımıza bəxş etdi.
1969-cu il 14 iyul Azərbaycan tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, ölkənin elm, təhsil, milli kadr hazırlığı və intellektual potensialının inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Həmin tarixdən etibarən Azərbaycanda dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri kimi insan kapitalının formalaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi müəssisələrin inkişafı və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə sistemli şəkildə yanaşılıb.
1969-cu il 14 iyul Azərbaycan tarixində yalnız idarəçilikdə dəyişikliklə deyil, həm də elm və təhsil siyasətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə yaddaqalan bir tarixdir. Həmin dövrdə formalaşdırılan elmi və təhsil infrastrukturu sonrakı onilliklərdə Azərbaycanın milli inkişafının əsas dayaqlarından birinə çevrilib.
1969-cu ildən sonra Azərbaycanda təhsilin bütün pillələri üzrə genişmiqyaslı inkişaf proqramları həyata keçirilib. Ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndirilib, yeni məktəb binaları inşa edilib, mövcud təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib.
Həmin dövrdə pedaqoji kadr hazırlığına xüsusi diqqət göstərilib. Müəllim peşəsinin nüfuzu artırılıb, ali pedaqoji təhsil müəssisələrinin fəaliyyəti genişləndirilib, gənc müəllimlərin hazırlanması və bölgələrdə təhsil səviyyəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Ali təhsil sahəsində də ciddi irəliləyişlər əldə olunub. Yeni ixtisas istiqamətləri yaradılıb, elmi-pedaqoji potensial gücləndirilib. Tələbələrin tədqiqat proseslərinə cəlb olunması, gələcək alim və mütəxəssislərin hazırlanması üçün geniş imkanlar yaradılıb.
1970–1980-ci illərdə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ölkənin gələcək inkişafı üçün mühüm investisiya xarakteri daşıyıb. Həmin universitetlərdə təhsil alan azərbaycanlı tələbələr mühəndislik, tibb, fundamental elmlər, energetika, kosmik texnologiyalar, iqtisadiyyat, hüquq, hərbi sahə və digər strateji istiqamətlər üzrə yüksək hazırlıq keçirdilər.
Bu mütəxəssislərin böyük hissəsi Azərbaycana qayıdaraq ölkənin elmi, iqtisadi və idarəçilik potensialının inkişafına mühüm töhfələr verib.
Dahi rəhbərin həmin illərdə tarixə yazılacaq addımlarından biri də Bakıda hərbi məktəbin yaradılması, azərbaycanlı zabit korpusunun hazırlanması idi. Ulu Öndərin xüsusi diqqətdə saxladığı milli-mənəvi dəyərlərin qorunması, ana dili, ədəbiyyat, mədəniyyət sahəsinə dövlət qayğısı Azərbaycançılıq məfkurəsinin yaranmasına və inkişafına təkan verdi.
Heydər Əliyevin sovet dövründə gördüyü işlər milli təəssübkeşliklə yanaşı, gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi yaşamasına hazırlıq işləri idi və bu o zaman üçün böyük cəsarət tələb edirdi. Azərbaycandan sonra SSRİ rəhbərliyində təmsil olunan Heydər Əliyev ittifaq miqyasında gördüyü işlərlə də fövqəladə istedadını ortaya qoymuşdu. Həmin illərdə dahi rəhbərin adı və imzası Azərbaycan və sovet sərhədlərini aşmışdı.
Xarici ölkə mətbuatında belə onun fəaliyyəti, xarizmatik keyfiyyəti və yüksək idarəçilik bacarığı müzakirə olunurdu. Azərbaycanı dünyaya tanıdan, şəxsiyyət olaraq düşmənlərimizin hədəfində olan Ümummilli Lider Kremldə işindən alınsa belə, onun təkcə adı bütün vəzifələrdən üstün idi. Bu amilin fərqində olan ittifaq rəhbərliyi və onun quldur dəstəsi nəyin bahasına olursa-olsun, daha iyrənc metoda əl ataraq xalqımızın bu əziz övladının fiziki varlığına son qoymağa çalışdılar. Amma bacarmadılar. Bir müddətdən sonra bütün dünya xalq-lider nümunəsini Azərbaycanda görəcəkdi.
Beləliklə, müstəqilliyimizin əvvəllərində Ulu Öndər ən ağır illərdə və çətin siyasi şərtlər daxilində xalqın təkidli tələbi ilə dövlət rəhbərliyini üzərinə götürdü. İnanılmaz siyasi gedişləri ilə xalqımızın, dövlətimizin, müstəqilliyimizin xilaskarına çevrilən unudulmaz Heydər Əliyev
bugünkü qüdrətli Azərbaycanın təməlini yaratdı. Məhz bu səbəbdən 1969-cu il 14 iyuldan sonra Azərbaycanın inkişafı sıradan iqtisadi, mədəni yüksəliş deyildi. Tarixin sonrakı gedişatı da göstərdi ki, dahi rəhbər bu illərdə heyrətamiz siyasi uzaqgörənliklə Azərbaycanın dövlət müstəqilliyi üçün zəmin yaratmış oldu.
Bu baxımdan Ümummilli Lider müstəqil Azərbaycanın qurucusu olduğu kimi, 14 iyul tarixi də bu prosesin başlanğıc nöqtəsi sayılmalıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026