Mobil versiya
Bu həkimlərə BƏD XƏBƏR - Pulları kəsiləcək
Tarix: 16-07-2026 | Saat: 16:42
Bölmə:Ölkə | çapa göndər

Bu həkimlərə BƏD XƏBƏR - Pulları kəsiləcək


Türkiyədə tibb sahəsində uzmanlıq təhsili alan azərbaycanlı gənc həkimlərin gələcəyi sual altına düşə bilər.

Türkiyə Böyük Millət Məclisinə (TBMM) iyulun 2-də təqdim edilən 117 nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun təklifinin 1-ci maddəsində əcnəbi assistent həkimlərlə bağlı yeni tənzimləmə yer alıb.

Təklifə əsasən, xarici vətəndaş olan assistent həkimlərin çalışdıqları xəstəxanaların dövriyyə kapitalından (“döner sermaye”) əlavə ödəniş almalarının ləğvi nəzərdə tutulur.

Məsələ ilə bağlı bir sıra həkimlər etirazlarını ifadə ediblər. Uzman həkim Turanə Rəsulova bildirib ki, bu yanaşma ədalətli hesab edilə bilməz:

“Türkiyədə uzmanlıq təhsili almış bir həkim kimi bu xəbəri böyük təəssüf hissi ilə qarşıladım. Bizim dövrümüzdə də eyni işi görməyimizə, eyni növbələri tutmağımıza, eyni məsuliyyəti daşımağımıza baxmayaraq, “döner sermayə”dən aldığımız ödəniş Türkiyə vətəndaşı olan həmkarlarımızdan dəfələrlə az idi. İndi isə yayılan məlumata görə, yeni tənzimləmə ilə xarici vətəndaş olan assistent həkimlərə “döner sermayə”dən edilən ödənişin tamamilə ləğv edilməsi nəzərdə tutulur. Bu həm Türkiyə Konstitusiyasına, həm bərabərlik prinsipinə, həm də insan hüquqlarına ziddir”.

Həkimin sözlərinə görə, inkişaf etmiş səhiyyə sistemlərinə malik ölkələrdə eyni işi görən həkimlərin yalnız vətəndaşlığa görə fərqli rəftarla üzləşməsi qəbul edilmiş praktika deyil:

“Əməyin qarşılığı insanın pasportuna görə deyil, gördüyü işə və daşıdığı məsuliyyətə görə müəyyən edilməlidir.

Azərbaycanlı həkimlərin böyük hissəsi illərdir Türkiyədə yüksək səviyyəli tibb təhsili alaraq həm öz ölkələrinə, həm də regionun səhiyyəsinə töhfə veriblər. Bu körpünün zəifləməsi yalnız fərdi həkimlərin deyil, gələcəkdə bütövlükdə səhiyyə sistemlərinin də itirəcəyi bir məsələdir.

Qardaş ölkələr arasında münasibətləri gücləndirən ən vacib sahələrdən biri elm və təhsildir. Ümid edirəm ki, bu qərar yenidən nəzərdən keçiriləcək və milliyyətindən asılı olmayaraq eyni xidməti göstərən hər bir həkimə bərabər yanaşma prinsipi qorunacaq. Çünki tibb milliyyət tanımır”.(Bakupost)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026