Mobil versiya
Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
Tarix: 03-08-2026 | Saat: 21:20
Bölmə:Ölkə | çapa göndər

Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir


Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

“aia.az” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Əldə etdiyimiz məlumata görə, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb. Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026