Mobil versiya
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi - DEPUTAT
Tarix: 24-08-2026 | Saat: 15:10
Bölmə:Siyasət | çapa göndər

Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi

Azərbaycanın dövlət müstəqiliyini ilk tanıyan dövlətlərdən biri də Özbəkistan oldu. Bu tanıma təkcə siyasi münasibətlər yaradılması baxımından yerinə yetirilməmişdi. Bu, həm də çox qədim dövrlərdən yaranan, inkişaf etdirilən milli-mənəvi dəyərlərin doğmalığının nəticəsi idi. Yaranan münasibətlər təkcə siyasi münasibətlər deyildi, həm də yaxın (ortaq) dil, yaxın (ortaq) mədəniyyət, yaxın (ortaq) incəsənət, ... baxımından diqqəti çəkirdi. Bu münasibətlər 35 ildir yüksələn münasibət kimi tarixləşməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri də bu tarixləşmənin tərkib hissələrindəndir. Səfər zamanı mətbuata verdiyi bəyanatda dövlət başçımız Özbəkistanda iqtisadiyyatın böyük potensiala malik olan və onu qoruyub saxlayan sahələrinə investisiyalar cəlb edilməsindən, dünya birliyinin Özbəkistana böyük hörmət bəslədiyindən, bu dövlətdə sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğundan söz açdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin son dövrü haqqında danışaraq dedi: “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”.

Enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahələrində əməkdaşlığı, avtomobil sənayesini, kənd təsərrüfatını və emal sektorlarını əhatə edən birgə layihələrin hər birinin dəyərini yüksək qiymətləndirən dövlət başçımız aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını da xatırlatdı.

“Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkədə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”. Dövlət başçımızın bu fikirləri iki dövlət arasında iqtisadi münasibətlərin necə formalaşması, necə inkişaf etdirildiyinin mərhələləri haqında bilgi kimi qəbul olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayanda Özbəkistanın da bu mühüm dövləti tədbirdə yaxından iştirak etdiyini, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbi Özbəkistanın tikdiyini, Xankəndidə tikiş fabrikinə investisiyaların Özbəkistandan gəldiyini, ilk böyük sənaye müəssisəsinin Özbəkistanla bağlı olduğunu və s. Xatırlatdı.

Bəyanatında investisiyalarla bağlı bir nəzəri bilgini də xatırladan (investisiyaların dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırıldığını) dövlət başçımız bildirdi ki, Şavkat Miromonoviç öz islahatları, əzmkarlığı və müdrikliyi sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə imkan verən investisiya mühiti yaradıb.

Bu dövlət səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali dərəcəli “Dostluq” ordeni, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif olunması bu dövlət səfərinin siyasi münasibətlər sistemində hansı səviyyədə əhəmiyyətli olduğunun təsdiqidir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2026