Mobil versiya
“Almanlar yenə müharibə istəyirlər” - Sergey Lavrov
Tarix: 06-09-2026 | Saat: 19:00
Bölmə:Dünya | çapa göndər

“Almanlar yenə müharibə istəyirlər” - Sergey Lavrov


Rusiya Xarici İşlər naziri Sergey Lavrov Leypsiq aeroportuna PUA hücumu ilə bağlı Qərbin Moskvaya qarşı ittihamlarını “əsl müharibənin başlanğıcı” adlandırıb.

“aia.az” xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin rəhbəri bəyanatla çıxış edib.

Lavrov Almaniyanın diplomatik nümayəndəliklərini bağlamasını İkinci Dünya müharibəsindən əvvəlki hadisələrlə müqayisə edib.

Nazir Berlinin “yenidən müharibə istədiyini” və tarixdən dərs çıxarmadığını iddia edərək, Rusiya rəhbərliyinin buna uyğun nəticələr çıxaracağını vurğulayıb:

“Leypsiq, aeroport... Hansısa PUA tapıblar. Heç bir araşdırma aparılmadan bunun Rusiya dronu olduğunu bildirdilər. Bu, əslində, böyük mənada əsl müharibənin başlanğıcıdır”.

Rusiya XİN rəhbəri həmçinin əlavə edib ki, bəzi müasir siyasi xadimlər tezliklə Avropa siyasətinin zirvəsindən “süpürülüb atılacaqlar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-09-2026