Mobil versiya
“Ümidliyik” - Görüşdən sonra bunları dedi
Tarix: 06-09-2026 | Saat: 21:00
Bölmə:Dünya | çapa göndər

“Ümidliyik” - Görüşdən sonra bunları dedi


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən görüşdən sonra açıqlama verib.

“aia.az” xarici mediaya istinadən xəbər verir ki, Kuşner danışıqların nəticələrindən nikbin olduğunu bildirib.

O, ABŞ tərəfinin müharibənin başa çatdırılması istiqamətində irəliləyiş əldə etməyə ümid etdiyini vurğulayıb:

“Ümidliyik. Prezident Trampın məqsədi yalnız hazırkı müharibəni necə başa çatdıracağımızı müəyyən etmək deyil, uzunmüddətli və davamlı sülh üçün düzgün şərait və razılaşmalar yaratmaqdır”.

Qeyd edək ki, Kuşner və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 6-da Kiyevdə Zelenski ilə görüşüblər. Bu, onların Tramp administrasiyasının nümayəndələri kimi Ukraynaya ilk səfəridir. Görüşdən əvvəl onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən danışıqlar aparıblar.

Danışıqların əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh prosesi olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-09-2026