Mobil versiya
Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi
Tarix: 06-09-2026 | Saat: 20:30
Bölmə:İdman | çapa göndər

Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi



Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

“aia.az” xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Sumqayıt” komandasını qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqləniblər. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub.

Bu turdan sonra xallarının sayını 7-yə çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib. “Kimyaçılar” sıfır xalla sonuncu - 12-ci sırada qalıblar.

Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-09-2026