Mobil versiya
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Tarix: 15-09-2026 | Saat: 09:36
Bölmə:Manşet / Ölkə | çapa göndər

Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu -

DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayılıb.

aia.az-ın "Unikal"a istinadən məlumatına görə, Məqsəd Bağırova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.

Elan edilmiş ittihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.

Qeyd edək ki, Məqsəd Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026