Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – Zəfərdən Böyük Qayıdışa uzanan yol
Tarix: 20-09-2026 | Saat: 10:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mahiyyəti yalnız təqvimdə qeyd olunmaqla məhdudlaşmır. Bu tarixlər xalqın milli yaddaşını, dövlətçilik iradəsini və müstəqil dövlət qurmaq əzmini özündə yaşadır. Sentyabrın 20-si də məhz belə əlamətdar tarixlərdəndir. Artıq ikinci ildir ki, Azərbaycanda 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün 30 ildən artıq davam edən işğala son qoyulmasının və Azərbaycanın həmin ərazilərdə dövlət suverenliyinin tam bərpasının rəmzidir.
Bu günün arxasında uzun və məşəqqətli bir yol, minlərlə Azərbaycan vətəndaşının həyatına başa gələn ağır sınaqlar, şəhidlərimizin qanı və xalqımızın üç onillik ərzində davam etdirdiyi mübarizə dayanır. 2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan dövlətinin suverenliyi təmin olundu.
Bu tarixi prosesin ən mühüm rəmzlərindən biri Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması oldu. Həmin gün dövlət başçısı Xankəndidəki çıxışında 30 ildən artıq gözlənilən tarixi anın reallaşdığını bildirdi və 20 il əvvəl qarşıya qoyduğu əsas vəzifənin – Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının həyata keçirildiyini vurğuladı. Eyni gün Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı.
Xüsusilə Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan dövlətçiliyinin bərpasının və suverenliyin əyani ifadəsinə çevrildi. Xocalıda Dövlət Bayrağının ucaldılması isə tarixi yaddaşımız baxımından ayrıca məna daşıyır. Xocalı soyqırımının qurbanlarının xatirəsi ilə bağlı olan bu şəhərdə Azərbaycan bayrağının yenidən dalğalanması xalqımız üçün həm tarixi ədalətin, həm də milli iradənin rəmzidir.
Bu günün əhəmiyyəti yalnız tarixi hadisələrin xatırlanmasından ibarət deyil. Əsl böyük nəticə ondan ibarətdir ki, azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin yeni inkişaf mərhələsi başlayıb. Qarabağ və Şərqi Zəngəzur bu gün genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi regiona çevrilib. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, yolların, enerji və sosial obyektlərin inşası, yaşayış məntəqələrinin dirçəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir. Bu proses işğaldan azad olunmuş ərazilərin yalnız fiziki deyil, sosial və iqtisadi baxımdan da dirçəldilməsini nəzərdə tutur.
Qarabağda həyata keçirilən quruculuq siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının formalaşdırılmasıdır. Bu baxımdan Xankəndidə Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılan universitet regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasına, təhsil ənənələrinin bərpasına və Qarabağın gələcək inkişafına xidmət edir.
Qısa müddətdə Qarabağ Universitetində müasir tədris infrastrukturu yaradılıb və universitet Xankəndinin yeni həyatının mühüm rəmzlərindən birinə çevrilib. 2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyevin universitetin təmirdən sonra açılışında iştirakı da bu baxımdan simvolik məna daşıyır: Xankəndi artıq yalnız tarixi Zəfərin deyil, Azərbaycanın elm, təhsil və intellektual inkişaf siyasətinin də məkanına çevrilir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə baş verən dəyişikliklər Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsini nümayiş etdirir. Bir vaxtlar işğal və dağıntı ilə üzləşmiş ərazilərdə indi həyat yenidən qurulur. Məktəblər, bağçalar, səhiyyə və sosial obyektlər yaradılır, nəqliyyat və kommunikasiya infrastrukturu yenilənir, yeni yaşayış məhəllələri salınır. Bu quruculuq prosesi Böyük Qayıdışın mahiyyətini – insanların doğma torpaqlarına təhlükəsiz, layiqli və davamlı şəkildə qayıdışını – real nəticələrlə təmin edir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu baxımdan yalnız keçmiş Zəfərin xatırlanması deyil, həm də gələcəyə baxış günüdür. Bu tarix Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməklə kifayətlənmədiyini, azad edilmiş əraziləri yenidən quraraq burada dayanıqlı həyat yaratdığını göstərir.
Bu gün Azərbaycan xalqı həmin şəhərlərə yalnız böyük tarixi qələbənin simvolu kimi baxmır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın dövlətçilik iradəsinin, milli birliyinin və ərazi bütövlüyünün ayrılmaz hissəsi kimi yenidən ölkənin ictimai, iqtisadi və mədəni həyatına qovuşur. Dövlət Bayrağımızın bu şəhərlərdə dalğalanması ilə başlayan yeni mərhələ Böyük Qayıdışla davam edir.
Sentyabrın 20-si həm keçmişə ehtiram, həm şəhidlərimizin əziz xatirəsinə sədaqət, həm də Azərbaycanın gələcək nəsillərinə ötürülən mühüm dövlətçilik mesajıdır. Bu tarix bizə göstərir ki, milli iradə, dövlətçilik əzmi və güclü dövlət siyasəti tarixin ən mürəkkəb sınaqlarından belə qalib çıxmağa imkan verir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın həm Zəfər tarixinin, həm də quruculuq və Böyük Qayıdış tarixinin şanlı səhifələrindən biridir.
Tamam Cəfərova,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-09-2026
19-09-2026