Mobil versiya
Hakan Çalhanoğlu klubunu dəyişir
Tarix: 29-09-2026 | Saat: 11:49
Bölmə:İdman | çapa göndər

Hakan Çalhanoğlu klubunu dəyişir

İtaliya A Seriyasında çıxış edən "Yuventus" klubunun Hakan Çalhanoğlu ilə maraqlandığı iddia olunur.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin "İnter"lə müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Tərəflər hazırda sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparmırlar.

Əgər Hakan Çalhanoğlu ilə "İnter" arasında yeni müqavilə barədə razılıq əldə olunmasa, "Yuventus"un türkiyəli futbolçunun transferi üçün addım atacağı gözlənilir.

2017-ci ildən İtaliyada çıxış edən Hakan Çalhanoğlu əvvəlcə "Milan"ın formasını geyinib. Futbolçu 2021-ci ildən "İnter"də oynayır. O, Milan təmsilçisi ilə iki dəfə A Seriyasının, üç dəfə İtaliya Kubokunun və üç dəfə Superkubokun qalibi olub.

Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 4 qarşılaşmada meydana çıxaraq 2 qol vurub. Hazırda türkiyəli yarımmüdafiəçi zədə səbəbindən müalicə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026