Mobil versiya
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
Tarix: 29-09-2026 | Saat: 11:14
Bölmə:Manşet / Təhsil | çapa göndər

Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu

Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

aia.az Xitab24.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.

Onun bu davranışından iki tələbə zərər çəkib.

Tələbələrin şikayətindən sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməl sübuta yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026