Zakir İbrahimov “AzerGold”da iki nəfərə yüksək vəzifə verdi
Tarix: 29-09-2026 | Saat: 09:40
Bölmə:İqtisadiyyat | çapa göndər

“AzerGold” QSC-də kadr təyinatları olub.
aia.az xəbər verir ki, bununla bağlı QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Əfqan Xasməmmədov Daxili Audit Xidmətinin müdiri, Emil Qasımov isə İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sektorunun müdiri vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, Əfqan Xasməmmədov 2023-cü ildə “AzerGold” QSC-nin Daxili Audit Xidmətində baş auditor vəzifəsində fəaliyyətə başlayıb, 2025-ci ildən yeni təyinata qədər müdir müavini vəzifəsində çalışıb.
Emil Qasımov isə 2009–2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də müxtəlif mütəxəssis vəzifələrində, daha sonra İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətinin rəis müavini və Rəqəmsal Layihələrin İdarə olunması şöbəsinin müdiri vəzifələrində çalışıb. 2023-cü ildən “AzerGold” QSC-də fəaliyyət göstərir. 2023-cü ildə Daxili Nəzarət Şöbəsində baş mütəxəssis, daha sonra Risklərin İdarə Olunması və Daxili Nəzarət Şöbəsinin İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Sektorunun müdiri vəzifəsində çalışıb./İqtisadiyyat.az/
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-09-2026
28-09-2026