Mobil versiya
Zəngilan rayonunda İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib -Fotolar
Tarix: 23-10-2026 | Saat: 19:21
Bölmə:Siyasət | çapa göndər

Zəngilan rayonunda İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

aia.az xəbər verir ki, 23 oktyabr 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı tarixi nitqindən irəli gələn prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, rayon ağsaqqalları, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər.

Müşavirəyə başlamazdan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müşavirəni giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov ətraflı və məzmunlu məruzə ilə çıxış edərək cənab Prezidentin nitqində yer alan hərbi-strateji nailiyyətlər, dövlət suverenliyinin qorunması və regionda formalaşan yeni siyasi mühit barədə geniş məlumat verərək aidiyyəti strukturların qarşısında duran əsas tapşırıqları diqqətə çatdırıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı dövlət başçısının nitqindən irəli gələn mühüm strateji hədəflər prioritet istiqamət kimi qəbul edilməlidir. Bu gün Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə geniş iqtisadi imkanlara, yenilməz və güclü orduya, eləcə də qlobal miqyasda yüksək beynəlxalq nüfuza malik qüdrətli dövlətə çevrilib. Rayon rəhbəri, həmçinin ideoloji təbliğat işinin müasir tələblərə uyğun düzgün qurulmasının vacibliyini diqqətə çatdıraraq, bu sahədə ayrı-ayrı dövlət və ictimai qurumların üzərinə düşən məsuliyyətli vəzifələri geniş təhlil edib.

Daha sonra məruzə ətrafında rayon Ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” MMC-nin təsisçisi Emin Əliyev, əməkdar müəllim Oktyabr İsgəndərov və rayon ziyalısı Almaz Osmanova geniş nitq ilə çıxış edərək cənab Prezidentin dərin məzmunlu nitqində irəli sürülən mühüm vəzifələr, milli həmrəyliyin gücləndirilməsi, ideoloji təhlükəsizlik və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı öz dəyərli fikir, təklif və mülahizələrini bölüşüblər. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək xalqımıza böyük qələbə sevinci bəxş etdiyinə, işğaldan azad edilmiş torpaqlarımızda apardığı böyük quruculuq və bərpa işlərinə, eləcə də Zəngilan rayonunun yenidən dirçəldilməsinə göstərdiyi sonsuz diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını və dərin təşəkkürlərini ünvanlayıblar.

Müşavirənin sonunda Zəngilan Rayon İcra
Hakimiyyətinin başçısı Ramiz Həsənov yekun nitq söyləyərək qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq tapşırıqlarını verib. Qeyd olunub ki, dövlətimizin başçısının müəyyən etdiyi müdrik daxili və xarici siyasət xətti bundan sonra da hər bir azərbaycanlı üçün ən etibarlı bələdçi və fəaliyyət proqramı olacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026