Şəmkirdə Zəfər Gününə həsr olunmuş bilik yarişi keçirilib -Fotolar
Tarix: 03-11-2026 | Saat: 21:59
Bölmə:Ölkə | çapa göndər

8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının, Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında bilik yarışı təşkil olunub.
Şəmkir Gənclər Evində baş tutan yarış iştirakçılar arasında bilik və bacarıqların nümayişi, sağlam rəqabət və komanda ruhunun gücləndirilməsi baxımından əlamətdar olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Bu tarixi Qələbənin Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində əldə edildiyi xüsusi vurğulanıb.
Bildirilib ki, bu cür intellektual yarışların keçirilməsi təhsil işçilərinin dünyagörüşünün və bilik səviyyəsinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, kollektivlər arasında ünsiyyətin və həmkarlar ittifaqı həmrəyliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Maraqlı və gərgin mübarizə şəraitində davam edən yarışın yekun nəticələrinə əsasən qalib komandalar YAP Şəmkir rayon təşkilatı tərəfindən medal, fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
İştirakçılar yarışın təşkilinə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə edərək, bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Zəfərimiz tariximiz, qürurumuz və milli kimliyimizdir! Bu Zəfəri yaşadan birlik və həmrəylik isə ən böyük gücümüzdür!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026