Mobil versiya
ABŞ NATO ölkələrindən Ukrayna üçün əlavə milyardlar istəyir – 2 milyard dollarlıq fərq
Tarix: 03-11-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

ABŞ NATO ölkələrindən Ukrayna üçün əlavə milyardlar istəyir – 2 milyard dollarlıq fərq


ABŞ administrasiyası Ukraynaya hərbi yardımın davam etdirilməsi məqsədilə NATO müttəfiqlərindən əlavə maliyyə vəsaiti ayrılmasını istəməyə hazırlaşır.

“Bloomberg”in məlumatına görə, Vaşinqton NATO ölkələrini Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramına daha çox vəsait ayırmağa çağıracaq.

Bildirilir ki, ABŞ-nin maliyyələşdirmənin artırılması ilə bağlı müraciəti noyabrın əvvəlində müttəfiqlərə rəsmi şəkildə təqdim olunacaq.

Əlavə maliyyə tələbinin dəqiq məbləği hələ açıqlanmayıb. Bununla belə, satışı artıq təsdiqlənmiş silahların ümumi dəyəri ilə proqram çərçivəsində toplanmış vəsait arasında təxminən 2 milyard dollarlıq fərq olduğu bildirilir.

PURL mexanizmi NATO müttəfiqlərinin maliyyə dəstəyi hesabına Ukraynanın ehtiyac duyduğu ABŞ istehsalı silah və hərbi texnikanın alınmasını nəzərdə tutur.

Vaşinqtonun təşəbbüsü Ukraynaya silah tədarükünün maliyyələşdirilməsində NATO tərəfdaşlarının iştirakını artırmağa yönəlib.

Hələlik müttəfiq ölkələrin əlavə vəsait ayrılması ilə bağlı hansı qərarları qəbul edəcəyi məlum deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026