İrandan 4 Avropa ölkəsinə raket xəbərdarlığı – “Hədəflərimizə çata bilərik!”
Tarix: 03-11-2026 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

İran parlamentinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki Avropa dövlətlərinə qarşı sərt xəbərdarlıqla çıxış edib.
TASS-ın məlumatına görə, iranlı deputat Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyanı ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edib.
Möttəki iddia edib ki, adıçəkilən ölkələr ABŞ hərbi təyyarələrinin İran əleyhinə əməliyyatlarda istifadə etməsi üçün öz hərbi bazalarını açıb.
Keçmiş xarici işlər naziri İranın regiondan kənarda yerləşən hərbi obyektləri də hədəfə ala biləcəyini bildirib.
“Əgər regiondan kənara çıxmaq istəyiriksə, söhbət bizə qarşı istifadə olunan ərazilərdən gedir. Hazırda bu coğrafiya Avropadır”, – deyə o vurğulayıb.
İranlı deputat Vaşinqtona hərbi dəstək verdiyini iddia etdiyi Avropa ölkələrini İran xalqından üzr istəməyə çağırıb.
Möttəki həmçinin İran raketlərinin Avropadakı hədəflərə çatmaq imkanına malik olduğunu bəyan edib.
Qeyd edək ki, bunlar İran parlamentinin deputatının açıqlamalarıdır. Adıçəkilən dörd ölkəyə qarşı konkret hərbi əməliyyatın başlanması barədə rəsmi qərar açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026