Tarixi Ədalətin və Milli Qürurun Zirvəsi
Tarix: 05-11-2026 | Saat: 16:51
Bölmə:Siyasət | çapa göndər

Keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində ölkəmizdə baş qaldıran mürəkkəb siyasi vəziyyətdən və hərc-mərclikdən istifadə edən Ermənistan, Azərbaycanın əzəli torpaqlarına açıq ərazi iddiaları irəli sürərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Bu təcavüzkar siyasət və həyata keçirilən etnik təmizləmə nəticəsində ərazimizin 20 faizi işğal olundu, 1 milyondan çox soydaşımız öz doğma ocaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum edildi.
BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası istiqamətində aparılan 30 illik sülh danışıqları Ermənistanın destruktiv və qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermədi. 2019-cu ildən etibarən isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin ard-arda verdiyi təxribatçı bəyanatlar və atdığı məqsədyönlü addımlar danışıqlar prosesini tamamilə iflic etdi. Bununla da düşmən ölkə əsl niyyətinin işğala əsaslanan status-kvonu saxlamaq və torpaqlarımızı ilhaq etmək olduğunu açıq şəkildə nümayiş etdirdi.
Azərbaycan tərəfi dəfələrlə beynəlxalq kürsülərdən bəyan etmişdi ki, Ermənistan silahlı qüvvələrinin suveren ərazilərimizdə qanunsuz qalması bölgədə sülhə ən böyük təhdiddir və hər an gərginliyin alovlanmasına gətirib çıxara bilər.
27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun cəbhəboyu zonada iriçaplı silahlar və artilleriya qurğularından dinc əhalini və ordumuzun mövqelərini intensiv atəşə tutması bardağı daşıran son damla oldu. Düşmənin hərbi aktivliyinin qarşısını almaq və mülki vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başladı.
Bu müqəddəs Vətən müharibəsində bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Məqsəd torpaqlarımızı işğaldan qurtarmaq, BMT qətnamələrinin tələblərini yerinə yetirmək, ədaləti bərpa etmək və həsrət içində yaşayan məcburi köçkünlərimizi öz yurdlarına qovuşdurmaq idi.
44 gün davam edən zəfər yürüşü nəticəsində müzəffər ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, xalqımızın mədəniyyət tacı və qürur mənbəyi olan Şuşanı, eləcə də Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, Bartaz qəsəbələrini və 300-dən çox yaşayış məntəqəsini, strateji yüksəklikləri düşməndən təmizlədi.
Şuşanın azad edilməsi müharibənin taleyini həll edən həlledici zərbə oldu. Məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya aktına imza ataraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu.
Bu böyük qələbə xalqımızın əzmi, dövlətimizin iqtisadi qüdrəti, modern ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyinin təntənəsidir. Azərbaycan xalqı öz qəhrəmanlıq tarixi ilə bütün dünyaya qalib xalq olduğunu sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşanın azad edildiyi gün – 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü kimi təsbit olundu. Bu gün müstəqil Azərbaycan öz tarixinin ən şərəfli və qürurlu dövrünü yaşayır. Şəhidlərimizin xatirəsi və qazilərimizin şücaəti xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026