VƏHDƏT PARTİYASININ BƏYANATI
Tarix: 05-11-2026 | Saat: 16:14
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan xalqının müasir dövlətçilik tarixində elə hadisələr vardır ki, onların əhəmiyyəti yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyinin və gələcək nəsillərin milli yaddaşının ayrılmaz hissəsinə çevrilir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan dövlətçiliyinin məhz belə taleyüklü mərhələləridir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası xalqımızın çoxəsrlik azadlıq mübarizəsinin, milli iradəsinin, dövlətçilik əzminin və tarixi ədalət uğrunda apardığı mübarizənin mühüm nəticəsidir.
Azərbaycan Respublikası Prezidentinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz işğal altında qalmış torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmişdir.
2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşunun və dövlət suverenliyinin tam bərpası ilə nəticələnmişdir.
Bu, yalnız hərbi Qələbə deyil, həm də milli ləyaqətin, dövlət iradəsinin, tarixi ədalətin və suveren hüquqların bərpasıdır.
Azərbaycan xalqı öz taleyini özü müəyyən etmək, dövlət müstəqilliyini qorumaq və beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində suveren hakimiyyətini təmin etmək əzmini nümayiş etdirmişdir.
Suverenlik güzəşt predmeti deyil, dövlətin varlığının hüquqi və siyasi əsasıdır.
Azərbaycanın milli maraqları, ərazi bütövlüyü, konstitusiya quruluşu və dövlət müstəqilliyi hər bir siyasi qərarın fövqündə dayanmalıdır.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, dağıdılmış şəhər və kəndlərin yenidən dirçəldilməsi dövlət suverenliyinin sülh, inkişaf və insan rifahı müstəvisində davamıdır.
Torpaqlarımızın azad edilməsi tarixi vəzifə idisə, həmin torpaqlarda davamlı həyatın, təhlükəsizliyin və rifahın təmin olunması gələcək nəsillər qarşısında məsuliyyətimizdir.
Vəhdət Partiyası xüsusi vurğulayır ki, Azərbaycanın dövlətçilik maraqları, xalqımızın milli birliyi və ictimai həmrəyliyi siyasi baxış fərqlərindən asılı olmayaraq qorunmalı olan ümummilli dəyərlərdir.
Dövlətin gücü yalnız onun hərbi qüdrəti ilə deyil, həm də hüququn aliliyi, iqtisadi dayanıqlığı, ictimai ədaləti, milli həmrəyliyi və vətəndaşlarının dövlətə etimadı ilə ölçülür.
Azərbaycanın gələcəyi üçün sülh, regional təhlükəsizlik, qarşılıqlı suverenliyə hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər xüsusi əhəmiyyət daşıyır.
Vəhdət Partiyası ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsini və milli həmrəyliyin gücləndirilməsini özünün başlıca siyasi prinsiplərindən biri hesab edir.
Biz torpaqlarımızı azad etdik, dövlət suverenliyimizi tam bərpa etdik. İndi qarşımızda duran tarixi vəzifə bu nailiyyətləri güclü dövlətçilik institutları, davamlı inkişaf və gələcək nəsillərin təhlükəsizliyi ilə möhkəmləndirməkdir.
Azərbaycanın müstəqilliyi əbədidir, suverenliyi toxunulmazdır, milli birliyi isə dövlətçiliyimizin ən mühüm dayaqlarındandır.
Vəhdət Partiyası Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə veteranlarımıza minnətdarlığını bildirir.
Yaşasın müstəqil, suveren və bütöv Azərbaycan!
Adəm İsmayıl Bakuvi
Vəhdət Partiyasının sədri
5 noyabr 2026-cı il, Bakı şəhəri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026