Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
Tarix: 11-11-2026 | Saat: 09:27
Bölmə:Gündəm | çapa göndər

Bu gün Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçiriləcək.
aia.az xəbər verir ki, sammitdə 102 ölkənin liderinin və 300-dən çox nazirin iştirakı gözlənilir.
Məlumaa görə, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Avropa Komissiyası və bir çox beynəlxalq təşkilatın rəsmiləri də konfransda iştirak edəcək.
Zirvənin açılış sessiyasının yerli vaxtla 12:15-də (Bakı vaxtı ilə 13:15) başlanması planlaşdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşin açılış nitqi ilə sessiyada çıxış edəcək.
İki gün davam edəcək Liderlər Sammitində qlobal temperatur artımına nəzarət edilməsi, istixana qazı emissiyalarının azaldılması, təmiz enerjiyə keçid və iqlim maliyyələşdirilməsi kimi mövzular gündəmə gətiriləcək.
Qeyd edək ki, COP31-ə Türkiyənin Ətrah mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sədrlik edəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2026