Fotoların dilə gətirdiyi həqiqət və ya Azərbaycan–Türkiyə qardaşlığı zamanın sınağından daha güclüdür
Tarix: 11-11-2026 | Saat: 11:38
Bölmə:Manşet / Özəl | çapa göndər

Mənə elə gəlir bir fotoşəkil yüzlərlə cümlənin ifadə edə bilmədiyi həqiqətləri danışır, bir süfrə arxasında çəkilmiş ailə fotosu uzun siyasi bəyanatlardan daha çox məna daşıyır. Hətta bu fotolarda insanların bir-birinə baxışında, yanaşı dayanmasında, eyni məqamı paylaşmasında bütöv bir tarixin izlərini görmək mümkündür.

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən yaddaşımıza həkk olunan fotolara baxarkən məndə yaranan təəssürat məhz belədir. Bu şəkillərdə yalnız iki dövlətin rəhbərlərini, rəsmi görüşləri və diplomatik münasibətləri görmürük. Burada daha böyük, daha dərin və daha mənəvi bir həqiqət var ki, o da Azərbaycanla Türkiyənin bir-birinə olan doğmalığıdır. Bu fotolarda iki ölkənin liderlərinin həyat yoldaşları ilə birlikdə yanaşı dayanması, ailə üzvlərinin eyni süfrə ətrafında bir araya gəlməsi adi bir protokol görüntüsündən daha artıq məna ifadə edir. Bu şəkllər bizə dövlətlərarası münasibətlərin yalnız sənədlər, müqavilələr, siyasi qərarlar və rəsmi bəyanatlardan ibarət olmadığını xatırladır. Güclü dövlət münasibətlərinin arxasında bəzən xalqların ortaq yaddaşı, qarşılıqlı etimadı və insani yaxınlığı dayanır. Fotolara baxdıqca insan istər-istəməz düşünür ki, həqiqətən Azərbaycan və Türkiyəni birləşdirən bağların kökləri çox dərindir. Zamanın, məsafələrin, siyasi dəyişikliklərin və müxtəlif sınaqların qarşısında belə öz gücünü qoruyub saxlaya bilir.

Biz çox hadisələr yaşamışıq. Sevinclərimiz də ortaq olub, ağrılarımız da. Azərbaycanın ən çətin günlərində Türkiyənin göstərdiyi mənəvi dəstək, Vətən müharibəsi zamanı səslənən qətiyyətli mövqe, qələbəmizə Türkiyədə duyulan sevinc iki xalq arasındakı münasibətlərin nə qədər möhkəm təməllər üzərində qurulduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, sadəcə siyasi tərəfdaşlıq deyildi. Bu, qardaşın qardaşın yanında dayanması idi. Lakin hər bir güclü münasibət kimi, Azərbaycan–Türkiyə qardaşlığı da zaman-zaman müxtəlif təzyiqlərlə, yanlış məlumatlarla və süni qarşıdurma yaratmaq cəhdləri ilə üzləşir. Son dövrdə sosial şəbəkələrdə və ayrı-ayrı informasiya platformalarında iki ölkənin münasibətlərinə kölgə salmağa, cəmiyyətlər arasında şübhə yaratmağa yönələn yanaşmaların şahidi olduq. Belə məqamlarda bir həqiqəti unutmamaq lazımdır. Qardaşlıq hər hansı bir sosial media müzakirəsinin, müvəqqəti fikir ayrılığının və ya süni şəkildə yaradılmış informasiya dalğasının fövqündə dayanmalıdır.

Dövlətlər arasında müxtəlif məsələlərə fərqli yanaşmalar ola bilər. Bu, beynəlxalq münasibətlərin təbii reallığıdır. Ancaq ayrı-ayrı məsələləri bütöv bir tarixi münasibətin qarşısına qoymaq, xalqların bir-birinə olan sevgisini şübhə altına almaq nə ədalətlidir, nə də uzaqgörənlikdir. Məhz belə bir dövrdə Azərbaycan və Türkiyə rəhbərliyinin nümayiş etdirdiyi təmkin, siyasi məsuliyyət və strateji düşüncə xüsusi əhəmiyyət daşıyır. Ən vacibi isə odur ki, iki xalqın qardaşlıq münasibətlərinin hansısa təxribatın təsiri ilə zədələnməsinə imkan verilmədi. Şuşa isə bütün bu mənzərənin ən mənalı ünvanlarından biridir. Bu şəhərin hər daşı, hər küçəsi, nəfəsi belə Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Şuşada Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması, iki ölkənin liderlərinin bu torpaqda bir araya gəlməsi sadəcə siyasi hadisə deyil, həm də tarixi yaddaşın, milli qürurun və ortaq gələcəyə inamın ifadəsidir. Bu baxımdan, Şuşa səfərindən çəkilmiş ailə fotolarının ayrıca bir mənası var. Çünki həmin görüntülər münasibətlərimizin yalnız dövlət başçıları səviyyəsində deyil, insani və mənəvi müstəvidə də nə qədər doğma olduğunu xatırladır. Bir süfrə ətrafında əyləşən insanlar, səmimi görüş atmosferi, ailə üzvlərinin eyni məkanda bir araya gəlməsi... Bunlar bəlkə də ilk baxışda sadə detallardır. Amma bəzən məhz sadə detallar böyük həqiqətləri daha aydın göstərir. Bu fotoların bizə ötürdüyü mesaj budur. Qardaşlıq yalnız çətin gündə deyil, xoş gündə də bir yerdə olmaq, sevincini bölüşmək, bir-birinin varlığına dəyər verməkdir. Mən bu şəkillərə baxanda yalnız siyasi uğur görmürəm. Burada bir xalqın digər xalqa bəslədiyi sevginin, illərlə qorunub saxlanılan etimadın və gələcək nəsillərə ötürülməli olan mənəvi mirasın izlərini görürəm. Şəkillərə baxanda kövrəlməyim də bəlkə elə bundandır. Çünki bu münasibətləri kənardan izləmək başqa, onların tarixi və mənəvi ağırlığını ürəyində hiss etmək tamam başqadır.

Məncə bir-birimizə olan sevgimizi ifadə etmək üçün böyük sözlərə ehtiyacımız yoxdur. Çünki biz bir-birimiz üçün sadəcə dost ölkə, siyasi tərəfdaş və qonşu deyilik. Biz bir-birinin sevincinə sevinən, kədərinə üzülən, uğurunu öz uğuru bilən iki doğma xalqıq. Azərbaycanın qəlbində Türkiyənin sevinci necə yer alırsa, Türkiyənin ürəyində də Azərbaycanın uğuru elə yaşayır. Bizim bayrağımız dalğalananda onların gözlərində yaranan qürur, Türkiyənin bayrağı yüksələndə bizim könlümüzdə baş qaldıran sevinc eyni məhəbbətin iki fərqli ünvanda döyünən ürəyidir. Olur ki, eyni sözləri demirik, olur ki, duyğularımızı ifadə etməyə söz tapmırıq. Amma bir-birimizin sevincinə baxışımızdan, kədərimizə münasibətimizdən, çətin gündə yanımızda olmağımızdan hər şey aydın görünür. Biz bir-birimizə baxanda özümüzdən bir parça görürük. Bəlkə də buna görə Şuşada çəkilən bu ailə fotoları məni belə kövrəldir. Axı orada iki dövlətin nümayəndələrindən daha artıq, bir-birini doğma bilən iki xalqın mənəvi yaxınlığını görürəm.

Azərbaycan və Türkiyə münasibətlərinin gələcəyi də məhz bu təməllər üzərində qurulmalıdır. Siyasi liderlərin müdrikliyi, dövlətlərin strateji əməkdaşlığı və xalqların səmimi münasibəti bir-birini tamamlamalıdır. Çünki əbədi qardaşlıq yalnız keçmişin xatirəsi deyil, gələcəyin də məsuliyyətidir. Bu gün bizə düşən vəzifə həmin qardaşlığı qorumaq, onu süni qarşıdurmalardan uzaq tutmaq, yanlış məlumatlara qarşı sağlam düşüncə ilə dayanmaq və gələcək nəsillərə daha güclü şəkildə ötürməkdir. Unutmayaq ki, Azərbaycanla Türkiyəni birləşdirən bağın adı yalnız diplomatik münasibət deyil. Bu bağın adı ortaq tarix, ortaq sevinc, ortaq ağrı, etimad və qardaşlıqdır.

Bəzən bir fotoşəkilə baxırsan və söz tapmaqda çətinlik çəkirsən. Çünki gördüyün mənzərəni sözlə ifadə etməkdən daha çox, onu ürəyində yaşamaq istəyirsən. Şuşadan gələn bu fotolar da mənim üçün məhz belədir. Bir daha əmin olursan ki, Azərbaycan və Türkiyə qardaşlığı hansısa dövrün siyasi şüarı deyil, tarixin sınağından keçmiş, bu günümüzdə yaşayan və gələcəyimizə daşınan əbədi bir həqiqətdir. Nə yaxşı ki, bu qardaşlıq var. Nə yaxşı ki, bu fotolar var. Nə yaxşı ki, bir-birinin sevincinə öz sevinci kimi baxan iki xalq var. Bu isə bir millətin iki dövləti, bir ürəyin iki döyüntüsüdür.
Qalib Rəhimli.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2026