Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Tarix: 11-11-2026 | Saat: 10:16
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasında hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar tarix müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda əldə edilən tarixi nailiyyətləri özündə ehtiva edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçilik tariximizin ən mühüm sənədlərindən biridir. Ümummilli Liderin siyasi iradəsi və dövlətçilik təcrübəsi əsasında ərsəyə gələn Əsas Qanun ölkəmizdə müstəqil dövlət quruculuğunun möhkəm hüquqi təməlini yaratmış, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət bölgüsünün əsas prinsiplərini və dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən etmişdir.
Azərbaycanın konstitusiya quruluşunun tarixi XX əsrin əvvəllərinə deyil, sovet hakimiyyəti dövrünə təsadüf edir. 1918–1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti öz Əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş, sonrakı illərdə SSRİ-də baş verən siyasi və hüquqi dəyişikliklərlə əlaqədar bir neçə dəfə yenilənmişdir.
1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyası isə ölkəmizin konstitusiya tarixində xüsusi yer tutur. Belə ki, həmin Konstitusiyanın hazırlanması və qəbulunda Ümummilli Lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Məhz onun təşəbbüsü və prinsipial mövqeyi nəticəsində Əsas Qanunun 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edilmişdir.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutlarının formalaşdırılması və müasir dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən Əsas Qanunun layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə təqdim edildi. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etdi və səsvermədə iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinə səs verdi. Beləliklə, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
Konstitusiyanın qəbul edilməsi ölkəmizin siyasi və hüquqi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Əsas Qanun Azərbaycanı demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi təsbit etməklə yanaşı, dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qolları arasında bölünməsinin hüquqi əsaslarını müəyyənləşdirdi. Eyni zamanda, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən olundu.
Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri də insan hüquq və azadlıqlarına geniş yer ayırmasıdır. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək və digər fundamental hüquqları Konstitusiya ilə qorunur. Bu müddəalar ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm təminat yaradır.
1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Bu mühüm təsisat Konstitusiyanın aliliyinin təmin edilməsi, qanunların və digər normativ hüquqi aktların Əsas Qanuna uyğunluğuna nəzarət baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonrakı illərdə ölkədə baş verən sosial-iqtisadi və siyasi dəyişikliklər, yeni inkişaf reallıqları Konstitusiyanın təkmilləşdirilməsini zəruri etdi. Bu məqsədlə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da ümumxalq referendumları keçirilməklə Əsas Qanuna əlavə və dəyişikliklər edildi. Həmin dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, sosial dövlət prinsiplərinin genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdı. 2016-cı il referendumunun nəticələrinə əsasən, idarəetmə sistemində Birinci vitse-prezident institutu təsis edildi.
Azərbaycan Respublikasının Konstitusiyasının dövlət müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasında da xüsusi hüquqi və siyasi əhəmiyyəti vardır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin olundu.
Məhz bu tarixi nailiyyətlər, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin beşinci ildönümü nəzərə alınaraq Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi.
Konstitusiyanın 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də bu tarixi sənədin dövlətçilik həyatımızda əhəmiyyətinin göstəricisidir. Medal Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, hüquq sisteminin inkişafına, Əsas Qanunun aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verən şəxslərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Noyabrın 12-si Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olan Konstitusiyanın qəbulunu xatırlatmaqla yanaşı, qanunun aliliyinə, hüquqi dövlət prinsiplərinə və vətəndaş məsuliyyətinə bağlılığımızı ifadə edən əlamətdar gündür.
Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini, dövlətçilik ənənələrini və milli maraqlarını əsas tutaraq inkişaf yolunda inamla irəliləyir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi, suverenliyin tam bərpası və müasir çağırışlara uyğun hüquqi islahatlar Konstitusiyanın müəyyən etdiyi prinsiplərin ölkəmizin gələcək inkişafında da mühüm rol oynadığını təsdiqləyir.
Gülnarə Babayeva
Xırdalan şəhəri, Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb- liseyin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2026