“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
Tarix: 11-11-2026 | Saat: 12:12
Bölmə:İqtisadiyyat | çapa göndər

“Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 385 min nəfər, onlardan məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfər təşkil edir”.
aia.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyinm müzakirəsi zamanı bildirib.
“Muzdla, yəni əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 776 min nəfərdir, onlardan 834 min nəfəri dövlət sektorunda, 942 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Bu da onu göstərir ki, məşğul əhalinin cəmi 35 %-i əmək müqaviləsi ilə çalışır, digər 65 %-i isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir.
Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər bu nisbətin dəyişməsinə və əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayının artmasına gətirib çıxara bilər. Əmək müqaviləsi ilə çalışmaq sadəcə vergi ödənişləri deyil, həmçinin əmək hüquqlarının qorunması və pensiya təminatı baxımından vacibdir. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əgər işçi əlavə iş yerində işləmək işləyirsə, bu halda həftəlik iş vaxtı normasının yarısını keçməməlidir.
İşçinin əlavə iş yeri əsas iş yeri üçün müəyyən olunmuş müddətdən sonradırsa bu halda işəgötürəndən icazə almağa ehtiyac yoxdur, lakin əsas iş yerinin müddətinə daxildirsə, bu halda mütləq işəgötürəndən icazə almalıdır. Göründüyü kimi, bu maddə əlavə iş yerlərində çalışmaq imkanını qadağan etməsə də, məhdudlaşdırır. Bu baxımdan da, bu maddəyə baxıb dəyişdirilməsinə ehtiyac var. Çevik iş rejiminə keçildiyi bir dövrdə belə məhdudiyyətlər arzu olunan deyil”, - deputat bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2026