Kəlbəcər: tarixi Zəfərin, milli qayıdışın və quruculuğun ünvanı
Tarix: 23-11-2026 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

25 noyabr Azərbaycan xalqının yaddaşında xüsusi qürur və fəxarət hissi ilə yaşayan əlamətdar tarixlərdən biridir. Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmasının, doğma yurda qayıdışın və uzun illər həsrətində olduğumuz torpaqlarda yeni həyatın başlanmasının rəmzidir. Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi yaddaşını, ərazi bütövlüyümüz uğrunda mübarizəsini və dövlətimizin qüdrətini özündə birləşdirən mühüm gündür.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Kəlbəcər zəngin tarixi, özünəməxsus mədəni irsi, füsunkar təbiəti və təbii sərvətləri ilə seçilir. Rayonun ərazisində aşkar edilmiş arxeoloji nümunələr bu torpağın qədim insan məskənlərindən biri olduğunu təsdiqləyir. Alagöl, Zalxagöl, Qaragöl, Pəriçınqılı, Ayıçınqılı və Lülpər ərazilərində aparılmış tədqiqatlar nəticəsində minlərlə qayaüstü təsvir aşkar edilib. Bu rəsmlərdə qədim insanların məişəti, təsərrüfat fəaliyyəti, dünyagörüşü və təbiətlə münasibətləri əks olunub. Alimlərin araşdırmalarına görə, həmin təsvirlərin ən qədim nümunələri eramızdan əvvəl IV–III minilliklərə aiddir.
Kəlbəcərin tarixi-mədəni irsinin mühüm nümunələrindən biri də Xudavəng monastır kompleksidir. Alban dövrünə aid bu və digər abidələr bölgənin çoxəsrlik tarixini, müxtəlif tarixi mərhələlərdə formalaşmış mədəni mühitini nümayiş etdirir. Kəlbəcərin qədim abidələri yalnız rayonun deyil, bütövlükdə Azərbaycanın tarixi-mədəni irsinin ayrılmaz hissəsidir.
Dağlıq relyefi, zəngin meşə örtüyü, çayları, mineral və termal su mənbələri Kəlbəcərə xüsusi təbii-coğrafi üstünlüklər qazandırır. Rayonun ən yüksək zirvələri sırasında Camışdağ massivindəki zirvə və Dəlidağ xüsusi yer tutur. 1930-cu il avqustun 8-də inzibati rayon statusu alan Kəlbəcər uzun illər Azərbaycanın mühüm dağlıq bölgələrindən biri kimi inkişaf edib. Burada kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, mineral su istehsalı və turizm üçün geniş imkanlar mövcud olub.
Lakin bu inkişaf 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi ilə dayandırıldı. Rayonun işğalı nəticəsində əhali doğma yurd-yuvasından didərgin salındı, yaşayış məntəqələri, sosial infrastruktur, tarixi və mədəniyyət abidələri ciddi dağıntılara məruz qaldı. Məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, kitabxanalar, yaşayış evləri və inzibati binalar talan edildi, bölgənin maddi-mədəni irsinə ağır zərbə vuruldu. Kəlbəcərlilərin uzun illər davam edən məcburi köçkünlük həyatı xalqımızın yaddaşında ağrılı bir səhifə kimi qaldı.
Beynəlxalq ictimaiyyət də həmin dövrdə baş verənlərə hüquqi qiymət vermişdi. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul edərək Ermənistan qoşunlarının Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb etmişdi. Təəssüf ki, bu qətnamənin tələbləri uzun illər yerinə yetirilmədi, münaqişənin sülh yolu ilə həlli istiqamətində beynəlxalq səylər nəticə vermədi. Ermənistanın işğalçılıq siyasəti və beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması bölgədə ədalətsizliyin davam etməsinə səbəb oldu.
Azərbaycan dövləti isə bütün bu illər ərzində ərazi bütövlüyünün bərpası məqsədindən dönmədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, güclü ordu quruculuğu, iqtisadi və hərbi potensialın artırılması tarixi Zəfərin əsasını təşkil etdi. 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi.
Kəlbəcərin azad olunması həm hərbi-strateji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsinin gedişində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin bu istiqamətdə hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Bu amil Kəlbəcərin coğrafi mövqeyinin və hərbi-strateji əhəmiyyətinin nə qədər mühüm olduğunu bir daha göstərirdi.
Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olundu. Bu hadisə uzun illər doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilərin qayıdış ümidini gerçəyə çevirdi.
İşğal dövründə Kəlbəcərdə törədilmiş dağıntılar və təbiətə vurulmuş zərər azadlıqdan sonrakı bərpa prosesinin miqyasını daha da artırırdı. Bununla belə, Azərbaycan dövləti qısa müddətdə bölgədə genişmiqyaslı quruculuq işlərinə başladı. Kəlbəcərin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsi də diqqətəlayiqdir. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Bu medal Vətən torpağının azadlığı uğrunda fədakarlıq göstərmiş hərbçilərimizin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi Qələbənin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin tarixinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Kəlbəcərdə həyata keçirilən bərpa və yenidənqurma işləri rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında yaşayış, sosial, nəqliyyat və ictimai infrastrukturun müasir tələblərə uyğun qurulması planlaşdırılıb. Baş plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara çatdırılması, əhalisinin isə 17 min nəfərədək yüksəlməsi nəzərdə tutulur. Yaşayış fondunun genişləndirilməsi ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət obyektlərinin yaradılması da layihənin əsas istiqamətlərindəndir. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur. Bu yanaşma Kəlbəcərin təbii mühitinin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılmasına xidmət edir.
Şəhərdə inşa edilən yaşayış kompleksləri keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışını təmin etmək məqsədi daşıyır. 19,5 hektar ərazidə salınan 524 ailəlik yaşayış kompleksində çoxmənzilli binalar və fərdi yaşayış evləri tikilir, sakinlərin rahatlığı üçün parklar, istirahət guşələri, uşaq oyun və idman meydançaları, sosial-məişət obyektləri yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı şəhərə köçmüş ailələrə mənzillərin açarlarının təqdim edilməsi doğma yurda qayıdış prosesinin mühüm mərhələsi oldu. Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı 2025-ci il avqustun 20-dən başlanıb və bu proses mərhələli şəkildə davam etdirilir.
Bölgənin kənd yaşayış məntəqələrinin bərpası da Böyük Qayıdış proqramının mühüm istiqamətlərindəndir. Yanşaq, Zallar və Zar kəndlərində yeni yaşayış məhəllələrinin salınması, fərdi evlərin, məktəb və uşaq bağçalarının inşası nəzərdə tutulur. Bu layihələr kəndlərin sosial-iqtisadi həyatının bərpasına, sakinlərin məşğulluğunun təmin edilməsinə və bölgədə dayanıqlı məskunlaşmanın formalaşmasına imkan yaradacaq.
Kəlbəcərin yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı xüsusi yer tutur. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun ölkənin digər bölgələri ilə əlaqəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Layihənin ən mürəkkəb hissələrindən biri olan Murovdağ tunelinin uzunluğu 11,7 kilometrdir. 2025-ci il avqustun 21-də tunelin texniki açılışının həyata keçirilməsi mühüm infrastruktur layihəsinin icrasında əlamətdar mərhələ oldu. Yolun tam istifadəyə verilməsi Kəlbəcərə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, turizmin, kənd təsərrüfatının və sahibkarlığın inkişafına da yeni imkanlar yaradacaq.
Rayonun zəngin su ehtiyatlarından səmərəli istifadə və bərpaolunan enerji istehsalının genişləndirilməsi də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Kəlbəcərdə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurularaq istifadəyə verilib, yeni enerji obyektləri yaradılıb. Bu layihələr işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi strategiyasına uyğun olaraq həyata keçirilir. Yerli su ehtiyatlarının enerji istehsalına cəlb edilməsi həm bölgənin enerji təminatına, həm də ekoloji baxımdan dayanıqlı inkişafına töhfə verir.
Kəlbəcərin ən böyük sərvətlərindən biri olan “İstisu” mineral suyunun istehsalının bərpası da xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal səbəbindən fəaliyyəti dayanmış “İstisu” mineral su zavodu 2024-cü il sentyabrın 2-də istifadəyə verilib. Müasir texnologiyalarla təchiz edilmiş müəssisənin illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Zavodun fəaliyyəti yerli təbii sərvətlərin iqtisadi dövriyyəyə qaytarılması, yeni iş yerlərinin yaradılması və Kəlbəcər məhsullarının daha geniş bazarlara çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən qurulması bölgənin turizm və sağlamlıq turizmi potensialının reallaşdırılmasına xidmət edir. Kompleksdə hotel, kotteclər və müalicə-sağlamlıq infrastrukturu yaradılır. Kəlbəcərin təbii landşaftı, mineral bulaqları, tarixi abidələri və dağ turizmi imkanları gələcəkdə rayonun ölkənin mühüm turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş perspektivlər açır.
Prezident İlham Əliyevin Kəlbəcərə mütəmadi səfərləri, burada infrastruktur layihələrinin təməlinin qoyulması və açılışların həyata keçirilməsi dövlətin bölgənin inkişafına verdiyi yüksək önəmin göstəricisidir. Bu səfərlər çərçivəsində yol, enerji, yaşayış, təhsil və turizm layihələrinin icra vəziyyəti daim diqqətdə saxlanılır. Beləliklə, Kəlbəcərdə aparılan işlər ayrı-ayrı tikinti layihələri ilə məhdudlaşmır, bütövlükdə rayonun sosial-iqtisadi həyatının yenidən formalaşdırılmasını hədəfləyir.
Əminliklə demək olar ki, Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətimizin siyasi iradəsinin, ordumuzun gücünün və xalqımızın birliyinin təntənəsidir. Bu gün doğma yurda qayıdan ailələrin evlərində yanan işıqlar, yenidən qurulan yollar, istifadəyə verilən müəssisələr və bərpa olunan yaşayış məntəqələri Zəfərin real nəticələridir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və Azərbaycan xalqını ürəkdən təbrik edir, bu tarixi Qələbənin əldə olunmasında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Kəlbəcərin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram. İnanıram ki, dövlətimizin ardıcıl siyasəti və xalqımızın birliyi sayəsində Kəlbəcər yaxın illərdə daha da abadlaşacaq, tarixi-mədəni irsi qorunacaq və Azərbaycanın inkişaf edən bölgələrindən biri kimi öz layiqli yerini tutacaq.
Asif Əsgərov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026