Kamaləddin Qafarov: Azərbaycan-Vyetnam əlaqələri gələcəyə hesablanmış münasibətlərin nəticəsidir
Tarix: 23-11-2026 | Saat: 10:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan ilə Vyetnam arasında münasibətlərin özünəməxsus dəyəri ilk növbədə, zamanın sınağından çıxmış dostluğa, qarşılıqlı hörmətə və xalqlarımızın yaddaşında qorunan xoş xatirələrə söykənməsindədir."
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində məhz bu tarixi bağlılığın ardıcıl siyasi dialoq və yeni əməkdaşlıq imkanları ilə tamamlandığı aydın görünür. “Dövlət başçısının xatırlatdığı 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm mərhələlər olub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərinin geniş proqramı, ölkənin müxtəlif bölgələrini əhatə etməsi və əldə olunan razılaşmaların iqtisadi inkişafa verdiyi töhfə onun uzaqgörən siyasi düşüncəsinin miqyasını nümayiş etdirir. Bu faktlar göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri təsadüfi yaxınlaşmanın deyil, gələcəyə hesablanmış münasibətlərin nəticəsidir. Sonrakı illərdə də həmin siyasi irs qorunub saxlanılıb, dövlətlərarası təmaslar və qarşılıqlı səfərlər vasitəsilə əməkdaşlıq yeni məzmun qazanıb. Bu tarixi xəttin davamlılığı iki ölkənin siyasi münasibətlərinə xüsusi etibarlılıq verir və yeni təşəbbüslərin daha möhkəm əsas üzərində qurulmasına şərait yaradır.”
Millət vəkili bildirib ki, müsahibədə diqqət çəkən əsas məqamlardan biri münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə bağlı səsləndirilən fikirlərdir: “2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi iki ölkənin gələcək əməkdaşlığına aydın siyasi istiqamət verib. Bu sənəd diplomatik münasibətlərin yüksək səviyyəsini təsdiqləməklə yanaşı, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələrində konkret təşəbbüslər üçün imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət başçılarının dialoqu hökumətlərarası komissiyalar, aidiyyəti qurumlar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıqla tamamlanır. Bu mexanizmlər tərəfdaşlığı real layihələrlə zənginləşdirir. Azərbaycanın Vyetnamın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşması, Vyetnamın isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək verməsi münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu təsdiqləyir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi möhkəm və ədalətli mövqe Azərbaycan tərəfindən minnətdarlıqla xatırlanır. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlıq da bu siyasi yaxınlığı möhkəmləndirir. Bakı ilə Hanoy münasibətləri ortaq maraqlara və beynəlxalq hüquqa hörmətə əsaslanır. Qarşıdakı rəsmi səfərin əhəmiyyəti də məhz bu zəminlə bağlıdır. Prezidentin müsahibəsində ifadə olunan gözlənti ondan ibarətdir ki, səfər mövcud siyasi iradəni yeni praktiki nəticələrlə möhkəmləndirəcək və tərəfdaşlığın sahələrini genişləndirəcək. Vyetnamla Azərbaycanın imkanlarının uzlaşdırılması yeni bazarlara çıxış və birgə təşəbbüslər üçün şərait yaradır. Tarixi dostluğun strateji tərəfdaşlığa çevrilməsi Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin mühüm göstəricisidir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026