Qarşılıqlı faydalı əməkdaşlıqdan etibarlı strateji tərəfdaşlığa: müştərək maraqlar, yeni hədəflər
Tarix: 23-11-2026 | Saat: 12:54
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində formalaşmış qarşılıqlı etimad, siyasi dialoq və dostluq ənənələri əsasında inkişaf edərək yeni keyfiyyət mərhələsinə yüksəlir. Bu əlaqələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər mövcud siyasi yaxınlığı iqtisadi, investisiya, enerji, nəqliyyat və digər sahələrdə praktiki əməkdaşlıqla möhkəmləndirməyə çalışırlar. Prezident İlham Əliyevin Vyetnamın İnformasiya Agentliyinə müsahibəsində vurğuladığı fikirlər də iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini, mövcud imkanları və qarşıda duran hədəfləri nümayiş etdirir.
Azərbaycan-Vyetnam münasibətlərinin tarixi bu əməkdaşlığın möhkəm təmələ malik olduğunun göstəricisidir. 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə yaddaşlarda xüsusi yer tutan dostluq əlaqələri sonrakı dövrlərdə Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə daha da möhkəmlənmişdir. Ümummilli Liderin həmin ölkədə keçirdiyi görüşlər, iqtisadi və texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin gələcək inkişafına mühüm töhfə vermişdir.
Bu tarixi irs müstəqillik dövründə də davam etdirilmiş, yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun dərinləşməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana səfəri, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələlərdir. Xüsusilə 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi əlaqələrin məzmununu genişləndirərək qarşılıqlı əməkdaşlıq üçün daha möhkəm siyasi çərçivə formalaşdırmışdır.
Strateji tərəfdaşlıq münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmasını deyil, konkret nəticələrə hesablanmış fəaliyyət mexanizmlərinin gücləndirilməsini də tələb edir. Bu baxımdan Azərbaycan və Vyetnam arasında hökumətlərarası komissiyanın fəaliyyəti, müvafiq nazirlik və qurumlar arasında əlaqələr, parlamentlərarası dostluq qruplarının əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafı da siyasi təmasların mühüm istiqamətlərindən biridir. Tərəflər əməkdaşlığı müxtəlif institusional platformalar vasitəsilə sistemli şəkildə genişləndirmək niyyətindədirlər.
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti də bu münasibətlərin mühüm istiqamətini təşkil edir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda əməkdaşlıq Azərbaycanın və Vyetnamın ortaq məsələlər üzrə dialoquna imkan yaradır. Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi ədalətli mövqe qarşılıqlı siyasi etimadın mühüm göstəricisidir.
Münasibətlərin yeni mərhələsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla belə, mövcud göstəricilər iqtisadi potensialın tam reallaşdığını deməyə əsas vermir. Hər iki ölkənin malik olduğu imkanlar ticarət əlaqələrinin daha da genişləndirilməsinə, məhsul çeşidlərinin artırılmasına və biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsinə şərait yaradır.
Azərbaycanın enerji resursları və sənaye təcrübəsi, Vyetnamın isə inkişaf edən iqtisadiyyatı və geniş istehsal imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu baxımdan SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssislərin hazırlanması kimi istiqamətləri əhatə edir. Belə əməkdaşlıq yalnız enerji resurslarının tədarükü ilə məhdudlaşmır, eyni zamanda texnoloji biliklərin, peşəkar təcrübənin və istehsal imkanlarının qarşılıqlı mübadiləsinə şərait yaradır.
İnvestisiya sahəsində də yeni perspektivlər meydana çıxır. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi bu baxımdan diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əməkdaşlığın praktiki müstəviyə keçdiyinin göstəricisidir. Bu cür təşəbbüslər xarici investisiyaların cəlb edilməsi, yeni layihələrin reallaşdırılması və iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından mühüm imkanlar yaradır.
Azərbaycan-Vyetnam əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Müasir dünyada iqtisadi əlaqələrin səmərəliliyi yalnız istehsal və ticarət həcmləri ilə deyil, həm də məhsulların beynəlxalq bazarlara operativ və etibarlı çatdırılması imkanları ilə müəyyən olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırdığı nəqliyyat infrastrukturu və beynəlxalq marşrutlarda artan rolu Vyetnamla əməkdaşlıq üçün yeni imkanlar yaradır.
İqtisadi münasibətlərin inkişafı üçün kənd təsərrüfatı, sənaye, emal, bərpaolunan enerji və texnologiyalar sahələrində də əməkdaşlıq imkanları mövcuddur. Bu istiqamətlərdə birgə müəssisələrin yaradılması, təcrübə mübadiləsi, mütəxəssis hazırlığı və investisiya layihələrinin həyata keçirilməsi ikitərəfli əlaqələrin daha dayanıqlı iqtisadi əsaslara söykənməsinə xidmət edə bilər. Əsas məsələ mövcud razılaşmaların ardıcıl şəkildə icrasını təmin etmək, biznes dairələrinin qarşılıqlı fəaliyyətini stimullaşdırmaq və yeni təşəbbüslər üçün əlverişli mühit formalaşdırmaqdır. Dövlətimizin başçısı planauyğun birgə işin ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın beynəlxalq nəqliyyat, logistika və enerji mərkəzi kimi mövqeyinin güclənməsi Vyetnamla əməkdaşlığın əhəmiyyətini daha da artırır. Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnamla əlaqələrin genişləndirilməsi Azərbaycanın bu regionda iqtisadi və siyasi iştirakının dərinləşməsinə xidmət edir. Eyni zamanda, Vyetnam üçün Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi və daha geniş Avrasiya məkanına çıxış baxımından əlverişli tərəfdaşdır. Belə qarşılıqlı tamamlanma iki ölkənin milli maraqlarına uyğun yeni əməkdaşlıq formatlarının yaranmasına imkan verir.
Beləliklə, Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq münasibətləri yeni məzmun və praktiki istiqamətlər qazanır. Tarixi dostluq əlaqələri üzərində qurulan bu əməkdaşlıq artıq enerji, investisiya, ticarət, nəqliyyat və logistika sahələrində konkret nəticələrlə müşayiət olunur. Qarşıdakı dövrdə mövcud potensialın daha dolğun reallaşdırılması, imzalanmış sənədlərin səmərəli icrası və biznes əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəfləri olacaqdır. Bu proses həm Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsinə, həm də Vyetnamla qarşılıqlı faydalı tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026