Anar Nəbiyev: Möhkəm təməl üzərində qurulan Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə qədəm qoyur
Tarix: 23-11-2026 | Saat: 12:26
Bölmə:Siyasət | çapa göndər

Bakı ilə Hanoy arasında müasir dialoq dərin tarixi köklərə söykənir. Başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi.
1980-ci illərin əvvəllərində dövlətlərarası əlaqələrin intensiv inkişaf etdiyi dövrdə ən yüksək səviyyədə keçirilən görüşlər qarşılıqlı hörmət və dəstək ənənələrinin əsasını qoydu. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft-qaz sənayesinin qurulmasında və inkişafında göstərdikləri fədakarlıq, həmçinin minlərlə vyetnamlı tələbənin Bakının ali məktəblərində biliklərə yiyələnməsi iki xalq arasında sarsılmaz mənəvi körpülər yaratdı. Bu tarixi təcrübə və səmimi münasibətlər sonrakı onilliklərdə də dövlətlərarası etimadın ən etibarlı dayaq nöqtəsi olaraq qaldı. Məhz bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bu gün yeni geosiyasi reallıqlar şəraitində daha da dərinləşərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Onilliklər sonra dinamik inkişaf edən müstəqil Azərbaycanın və Vyetnamın yeni geosiyasi və iqtisadi reallıqları fonunda bu tarixi ənənə uğurla davam etdirildi. Zaman dəyişsə də iki xalq arasındakı qarşılıqlı rəğbət və etimad mühiti nəinki sarsılmadı, əksinə, suveren dövlətlərin bərabərhüquqlu tərəfdaşlığı müstəvisində daha da möhkəmləndi. Prezident İlham Əliyevin ilk dəfə 2014-cü ilin may ayında baş tutan və müasir mərhələdə ikitərəfli dialoq üçün yüksək standartlar müəyyən edən Vyetnama dövlət səfəri Ümummilli Lider Heydər Əliyevin hələ 1983-cü ildə bəhs etdiyi həmin o möhkəm təməlin məntiqi inkişafı və müasir dövrün çağırışlarına uyğun addım idi. Bu səfər həm də keçmişin zəngin ənənələri ilə gələcəyə yönəlmiş praqmatik əməkdaşlıq strategiyası arasında etibarlı körpü rolunu oynadı.
Bütün bu reallıqlara dövlət başçısı İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində, həmçinin 19-21 noyabr tarixlərində bu ölkəyə reallaşdırdığı səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlərdə xüsusi diqqət yönəldildi. Prezident İlham Əliyev görüşlərdə vurğuladı ki, gələn il Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümü qeyd olunacaq. Lakin xalqlar arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir. Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi məmnunluq doğurur. Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır. Ötən il Prezident To Lamın ölkəyə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələri keyfiyyətcə yeni pilləyə qaldırdı.
Qeyd olundu ki, ölkələrin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu ardıcıl siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir. Səfər Bakı ilə Hanoy arasında tərəfdaşlığın dərin strateji xarakter daşıdığını, tərəflərin qlobal və regional çağırışlar fonunda əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək əzmində olduqlarını bir daha təsdiqlədi. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibəsində 19-21 noyabr tarixində bu ölkəyə gerçəkləşən səfərinin gözləntilərindən bəhs edərkən vurğulamışdır ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində mühüm addım olacaq. Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələri birləşdirərək yeni bazarlara çıxmaq, birgə layihələr həyata keçirmək, biznes və investisiya üçün əlavə imkanlar yaratmaq mümkündür. Əməkdaşlıq ölkələrə və xalqlara nəzərəçarpan fayda gətirə biləcək quruculuq potensialına malikdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026