Mobil versiya
Türkiyə və Suriya liderləri Bağdadda görüşəcək
Tarix: 10-07-2024 | Saat: 16:10
Bölmə:Dünya | çapa göndər

Türkiyə və Suriya liderləri Bağdadda görüşəcək


İraq, Türkiyə və Suriyanın xarici işlər nazirlikləri Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş təşkil etmək məqsədilə uyğun ab-hava yaratmaq üçün danışıqlar aparır.

aia.az xəbər verir ki, bu barədə “Al Akhbar” İraq Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil. Lakin bu o demək deyil ki, iki ölkənin liderlərinin görüşü ilə bağlı hər hansı bir maneə var.

Vurğulanıb ki, Türkiyə və Suriya liderləri arasında keçiriləcək görüşdən əvvəl gündəm və ən mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024