Mobil versiya
AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib -Fotolar
Tarix: 20-05-2025 | Saat: 11:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib

2025 ci il mayın 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib.

aia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb və iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Novruz Aslanov Azərbaycan QAC-ın 2025-cü il üzrə fəaliyyət istiqamətləri ilə bağlı məruzə edib. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət istiqamətlərindən, ehtiyaclı vətəndaşlara və fövqəladə hallar zamanı zərərçəkən vətəndaşlara göstərilən müxtəlif növ yardımlar barədə fikirlərini bildirib. 8 may “Ümumidünya Qızıl Xaç və Qızıl Aypara günü” münasibəti ilə keçirilən tədbirlərin yekunu haqqında məlumat verib. Daha sonra 2026-2030-cü illər üçün Strateji İnkişaf planının istiqamətlərini müəyyən edilməsi haqqında İcraçı katib C.Mirzəyevin məruzəsi dinlənilib.

Daha sonra təşkilatın gələcək fəaliyyət istiqamətləri, hədəfləri haqqında və 1 İyun “Beynəlxalq Uşaqların müdafiəsi Günü” nə həsir olunmuş tədbirlər hazırlığına dair məruzələr dinlənilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AzQAC-ın bu müddət ərzindəki fəaliyyətinə müsbət qiymət verərək, gələcəkdə strateji plana uyğun olaraq görüləcək işlərdə uğurlar qazanılacağına ümidvar olduğunu bildirib.
İclasda həmçinin, son günlər ayrı-ayrı sosial şəbəkələrdə Cəmiyyətlə bağlı qərəzli, əsassız, böhtan xarakterli yazılarla bağlı müvafiq bəyanatın qəbul edilməsi təklif olundu. Məsələ ilə bağlı AzQAC-ın prezidenti N.Aslanov, vitse-prezident Q.Əsgərzadə, İdarəetmə Şurasının üzvləri İ.Qaraşov, M.Məhərrəmova, Ş.Kərimova, B.Ağamirzəyev və başqaları çıxış edərək bəyanatın mətninə öz təkliflərini irəli sürdülər. Yekun olaraq, rəy və təkliflər nəzərə alınmaqla Azərbaycan QAC İdarəetmə Şurasının bəyənatı qəbul edildi və onun KİV- də yayılması tövsiyyə olundu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025