AzQAC və “Sağlam Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirlib -Fotolar
Tarix: 03-06-2025 | Saat: 16:48
Bölmə:Gündəm | çapa göndər

2025-ci il iyunun 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Sağlam Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara həsr olunmuş bayram tədbirində çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə tədbir iştirakçılarını və balaca qonaqları, gül balaları salamlayaraq, uşaqları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib. Nitqində o, vurğulayıb ki, uşaqlar cəmiyyətin ən dəyərli təbəqəsidir və onların qorunması, inkişafı hər bir qurumun və fərdin əsas prioritetlərindən olmalıdır. Əgər uşaqların üzü gülürsə, deməli o yerdə xoşbəxtlik var. Bu uşaqlar həm də ona görə xoşbəxtdirlər ki, onlar müstəqil, azad, bütöv Azərbaycanın layiqli övladlarıdılar. Cəmiyyətimiz daim uşaqların vətənpərvərlik, insansevərlik, xeyirxahlıq , mərhəmət , şəfqət ruhunda tərbiyə olunmaları, böyümələri üçün daim əməli iş görür, layihələr həyata keçirir.
Tədbir çərçivəsində AzQAC əməkdaşları və könüllüləri uşaqlarla birbaşa ünsiyyət qurdular, onların sevincinə şərik oldular və müxtəlif əyləncəli fəaliyyətlərə qoşuldular. Uşaqlara xüsusi hazırlanmış bayram hədiyyələri təqdim olundu, bu da onların üzündə sevinc və təbəssüm yaratdı.
Tədbirdə “Sağlam Ailə” İctimai Birliyinin nümayəndələri ilə yanaşı, digər qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri , Qarabağ müharibəsi iştirakçıları, şəhid və qazı ailələrinin nümayəndələri də iştirak edib. Onlar da uşaqların sevincli anlarını paylaşaraq tədbirin təşkilinə dəstək verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025