Mobil versiya
Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanı qabaqlayan layihələrin müəllifi olur - DEPUTAT
Tarix: 03-06-2025 | Saat: 17:01
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanı qabaqlayan layihələrin müəllifi olur

"Müstəqil Azərbaycan Respubılikasının neft-qaz sektoru çətin dönəmdənn keçərək inkişafın yüksək səviyyəsinə gəlib çatıb. Biz neft-qaz sektorumuzu inkişaf etdirməklə təkcə ölkəmizin yox, həm də region ölkələrin inkişafına və Avropanın enerji xəritəsinin yenidən qurulmasına töhfə vermişik. Bu il 30 ilini qeyd edən Bakı Enerji Həftəsinin əsası ölkəmizin çətin və təlatümlü bir dövründə qoyulub. 1990-cı illərin əvvəlində Ermənistanın torpaqlarımızı işğalı ilə üzləşdiyimiz müharibə, ölkədə vətəndaş qarşıdurması, siyasi sabitliyin olmaması, iqtisadiyyatın min dəfədən çox inflayasiyası ilə toqquşması neft-qaz sektorumuza xarici investorların marağını azaltmışdı. Çünki heç bir ağıllı investor öz sərmayələrini problemlərin içində batan ölkələrə yatırmır. Amma ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması vəziyyəti kökündən dəyişdi. Bu həm də xarici investorların Azərbaycana olan baxışlarının da dəyişilməsinə yol açdı”.

Bu sözləri mətbata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Deputat bildirib ki, sözügedən illərdə ölkəmizin neft-qaz sektorunun yenilənməsinə ehtiyac var idi: “Bunun üçün mütləq şəkildə xarici investisiyalar cəlb olunmalı idi. Dahi Liderin müəyyənləşdirdiyi net strategiyası sayəsində 20 sentyabr 1994-cü ildə Əsrin Müqaviləsi bağlanır və 7 ölkənin 11 aparıcı şirkəti arasında Xəzər dənizinin dərin qatlarında hasilatın pay bölgüsünə dair saziş imzalanır. Məhz bundan sonra Azərbaycanın neft-qaz və qeyri-neft sektoruna milyardlarla dollar xarici investisiya yatırılır. Ölkədə aparılmış islahatlar və uğurlu siyasi kurs sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf etməyə və dünyanın siyasi sisteminə inteqrasiya olunmağa başlanır. Bəli, Azərbaycan bu illər ərzində böyük inkişaf yolunu qət edə bildi. Belə ki, inşa etdiyi ixrac kəmərləri vasitəsilə neft və qaz resurslarını müstəqil şəkildə beynəlxalq bazarlara çıxartmaq imkanına malik oldu. Xəzər dənizindən İtaliya sərhədlərinə qədər 3500 km uzunluğunda boru kəməri çəkməklə Cənub Qaz Dəhlizi ərsəyə gətirdi. Azərbaycan bu gün 12 ölkəyə boru vasitəsilə qaz ixrac edir və ixracın coğrafiyasının genşləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmiz qitələri birləşdirən nəqliyyat logistik marşurtlarını ərsəyə gətirdi. Həm də ölkənin iqtisadiyyatı sürətlə böyük inkişaf yolu keçdi. Bu gün Azərbaycanın xarici dövlət borcu ÜDM-in 7%-dən az olmaqla xarici valyuta ehtiyatlarımızdan 14 dəfə aşağıdır. Azərbaycanda işsizlik 5%-ə enib. Tarixi borcumuz kimi torpaqlarımızı işğaldan azad etdik, ərazilərimizdə suverənlik bərpa olundu. Azərbaycan sabitlik və inkişaf adasına çevrildi».

A.Badamov vurğulayıb ki, Ekspo Mərkəzində faəliyyətə başlamış 30-cu yubley Bakı Enerji Həftəsi tarixi əhəmiyyətli bir tədbirdir:

«Çünki Azərbaycanın neft-qaz və yaşıl enerji sektorunun inkişaf etdirilməsində Bakı Enerji Həftələrinin böyük rolu olub. Bakı Enerji Həftələri çərçivəsində sərgidə iştirak etməyə gəlmiş müxtəlif şirkətlərin nümayəndələri ilə görüşlər keçirilir və müqavilələr imzalanır. Belə ki, keçən dəfə keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə 1000 meqaVat gücündə bərpa olunan enerji istehsal sahələrinə investisyaların yatırılması ilə bağlı müqavilələr imzlandı. Bu il keçirlən Bakı Enerji Həftəsi çərçivəsində də 100 meqaVat-lıq bərpa enerji resurslarının istehsalına investisiyaların yatırıılması ilə bağlı müqavilələr imzlanacaq. Azəbaycan yaşıl günədliyini inkişaf etdirməklə istehsal olunan enerjini bərpa olunan enerji üzərinə keçirir və qaza qənaet etməklə, eyni zamanda neft-qaz sektoruna əlavə investisiyalar yatırmaqla 2030-cu ilə qədər əlavə 8 milyard kubmetr mavi yanacağı Avropa İttifaqı ölkələrinə ixrac etmək imkanına malik olacaq. Ümumiyyətlə, Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanı qabaqlayan layihələrin müəllifi olur. Bu da həm qonşularımıza , həm də böyük bir coğrafiyaya fayda gətirir».



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025