Mobil versiya
Gələcəyə hədəflənmiş strategiyanın nəticəsi
Tarix: 03-06-2025 | Saat: 18:03
Bölmə:Siyasət | çapa göndər

Gələcəyə hədəflənmiş strategiyanın nəticəsi

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib. Ölkəmizin başçısı qonaqları salmalayaraq bu sərginin yubiley sərgisi olduğunu diqqətə çatdıraraq 31 il bundan əvvəl keçirilən sərgidən dərhal sonra “Əsrin müqaviləsi” adlandırılan regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişin imzalandığını qeyd etmişdir.
Cənab İlham Əliyev bu yolun heç də hamar olmadığını, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, zəkası və gələcəyə baxışının nəticəsi kimi misli görünməmiş siyasi uzaqgörənliyinin məhsulu kimi meydana çıxdığını bildirərək demişdir: “O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.”
Bu gün isə Azərbaycan öz iqtisadi potensialına görə, inkişaf tempinə görə regionda lider ölkə olaraq diqqəti cəlb edir. Həyata keçirilən geniş miqyaslı islahatların nəticəsində iqtisadiyyat dirçəldi, təhsilə və elmə kapital qoyuluşu nəticəsində savadlılıq 100 faizə qədər yüksəldi, ölkənin maliyyə ehtiyatları borcumuzu 14 dəfə üstələdi və yoxsulluq səviyyəsi 5 faizə düşdü.
Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq mühüm logistika qovşağına çevrilməsi, infrastruktur layihələrinə kifayət qədər maliyyə ayrılması nəticəsində Avrasiyanın enerji xəritəsində ciddi dəyişikliklər baş verdi.
Təbiidir ki, bu illər ərzində ilk növbədə Ulu Öndər Heydər Əliyev ideyalarının ardıcıl. Düşünülmüş şəkildə həyata keçirilməsi qazanılan uğurların əsasını təşkil edir.

Cənab prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti ölkəmizin etibarlı tərəfdaşa çevrilməsi, Avropanın enerji təhlükəsizliyində vacib aktora çevrilməsinə gətirib çıxardı.
Ölkə başçısı indiki vəziyyətin qısa xarakteristikasını belə qiymətləndirdi: “Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək.”
Cənab İlham Əliyev yaşıl enerji siyasətinin ardıcıl şəkildə, həm də qətiyyətlə davam etdirildiyini qeyd edərək əminliklə bildirdi ki, “əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
COP29-un sədri olaraq Azərbaycan bu sahədə də xeyli irəliləyişə nail ola bildi. “Bakı sıçrayışı” adlandırılan proses nəticəsində qazanılan uğurları da əlavə etsək, ölkəmizin, dövlət rəhbərinin həyata keçirdiyi siyasətin düzgün və ardıcıl olduğunu zaman göstərdi və bir sıra hədəflərə nail olmaq mümkün oldu.”Ən mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.”

Son olaraq qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu da bir daha Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini, strateji planlarının dəqiqliyini və cənab Prezident İlham Əliyevin bu strategiyanı hədəflərə çatmaq uğrunda mübarizə yolu kimi həyata keçirdiyini təsdiq etmiş oldu.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025