Mobil versiya
Yermak Kelloqla görüşüb və Kiyevin Rusiyaya qarşı əməliyyatlarına haqq qazandırmağa çalışıb
Tarix: 03-06-2025 | Saat: 21:36
Bölmə:Özəl | çapa göndər

Yermak Kelloqla görüşüb və Kiyevin Rusiyaya qarşı əməliyyatlarına haqq qazandırmağa çalışıb
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüş keçirib və bəyan edib ki, Ukrayna Rusiyaya qarşı əməliyyatlar keçirməyə “məcburdur”. Bu barədə Yermakın Teleqram kanalında məlumat verilib.
“Vaşinqtonda komandamla birlikdə ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdüm <…> Əgər Rusiya könüllü olaraq atəşi dayandırmasa, biz əməliyyatlar keçirməyə və onların hərbi potensialını məhv etməyə məcbur olacağıq”, o yazıb.Onun sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti, İstanbuldakı görüşlərin nəticələrini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini və Ukraynaya müdafiə yardımını müzakirə ediblər.

İyunun 3-də Yermak respublikanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Rusiyaya qarşı sanksiyaların artırılması da daxil olmaqla, “vacib məsələləri” müzakirə etmək üçün ABŞ-a gəlib.
Bundan əlavə, Kiyev nümayəndələri “Kilsə məsələləri ilə bağlı rus təbliğatı” və “deportasiya edilmiş uşaqların” geri qaytarılması mövzusuna toxunmaq niyyətindədirlər. Zelenskinin ofisinin rəhbəri vurğulayıb ki, Ukrayna nümayəndə heyəti ABŞ-ın hər iki partiyasının nümayəndələri ilə “çoxlu görüşlər” keçirəcək.
“Politico” qəzeti yazıb ki, Yermak çərşənbə axşamı Vaşinqtona səfəri zamanı öz siyasi maraqlarını təbliğ edəcək; Yermak yalnız onun Qərbdə tanınması və əlaqələri məsələləri ilə məşğuldur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025