Mobil versiya
Deputat Məşhur Məmmədov növbəti dəfə seçicilərlə görüşüb -Fotolar
Tarix: 22-06-2025 | Saat: 14:04
Bölmə:Gündəm | çapa göndər

Deputat Məşhur Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

Ənənəmizə sadiq qalaraq ayın son həftəsində Masallı rayonunda növbəti seçici qəbulunu keçirdik. Qəbula ümumilikdə 20 vətəndaş qatıldı. Onlardan 3 nəfəri şəhid atası, 1 nəfəri isə Vətən Müharibəsi iştirakçısı idi.

Seçicilərimizin hər birini fərdi dinlədik. Bəzi məsələlər yerindəcə həll olundu, digərlərinin icrası üçün isə köməkçilərimə aidiyyəti qurumlarla əlaqə saxlanılması tapşırıldı.

Qeyd etmək istərdim ki, ay ərzində keçirilən qəbullardan əlavə, köməkçilərim mütəmadi müraciət edən vətəndaşları qəbul edir, onları narahat edən məsələlərin həllinə dəstək göstərirlər.

Məşhur Məmmədov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025