Mobil versiya
Azərbaycanın Suverenlik salnaməsi və qələbə ilə nəticələnən milli iradə
Tarix: 17-09-2025 | Saat: 15:25
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Suverenlik salnaməsi və  qələbə ilə nəticələnən milli iradə

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız bir hadisə deyil, bütöv bir millətin taleyini dəyişən dönüm nöqtəsinə çevrilir. 20 sentyabr – Dövlət Suverenliyi Günü belə günlərdən biridir. Bu gün yalnız bir qərarın qəbul olunması deyil, yüz illərlə xalqımızın qəlbində yanıb alovlanan azadlıq eşqinin rəsmi ifadəsi idi. Həm də tarixin dərin qatlarından yüksələn azadlıq arzusunun gerçəkliyidir. Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bu arzunun ilk reallaşması oldu. Lakin bu müqəddəs dövlət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz iz buraxdı və bir amal kimi yaşadı. Sovet dönəmində illərlə sıxılan milli iradə 1991-ci ildə partlayış effekti ilə meydana çıxdı – xalq öz dövlətinə sahib oldu. Beləcə də müstəqilliyimiz çətin sınaqlardan keçdi. Amma suverenliyin yolu asan olmadı. 1990-cı illərin əvvəllərində gənc dövlət həm xarici təcavüzlə, həm də daxili xaosla üz-üzə qaldı. Ermənistanın işğalçı siyasəti torpaqlarımızı viran qoydu, yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Dövlətin süqutu, parçalanması an məsələsinə çevrilmişdi. Məhz bu məqamda Azərbaycan xalqı öz xilaskarına – ulu öndər Heydər Əliyevə üz tutdu. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu, sabitlik bərqərar oldu, dövlət quruculuğunun təməli qoyuldu. Ulu öndər Heydər Əliyev müstəqilliyi yalnız bəyanat yox, reallıq etdi. Bugün isə Azərbaycan yalnız müstəqil dövlət deyil, həm də qalib dövlətdir. Cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti sayəsində xalqımız tarixi ədaləti bərpa etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Azərbaycan güclü ordusunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin nə qədər qüdrətli olduğunu dünyaya sübut etdi. 2023-cü ildə isə dövlətimizin suverenliyi tam bərpa olundu – Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bu qələbələr yalnız hərbi zəfər deyildi, həm də 20 sentyabrda atılan addımın parlaq nəticəsi idi. O gün imzalanan sənədin mahiyyəti bugün qələbə çalan bir millətin coşqusu ilə tamamlandı. Bu tarix bizə bir həqiqəti xatırladır: suverenlik xalqın qəlbindədir, müstəqillik isə millətin damarında axan qan kimidir. 20 sentyabr azərbaycanlıların bir daha boyun əyməyəcəyini, azadlıqdan əsla vaz keçməyəcəyini bütün dünyaya göstərdi. Bugün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, biz yalnız müstəqil deyilik, həm də güclü və qalib bir dövlətin övladlarıyıq. Qədim tariximizin, Ulu öndərin uzaqgörən siyasətinin və cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyinin vəhdəti ilə formalaşan bu reallıq Azərbaycanı gələcəyə aparan ən möhkəm yoldur.
20 sentyabr – Dövlət Suverenliyi Günü yalnız bir tarixi hadisə deyil, həm də xalqımızın gələcəyə ünvanladığı böyük bir anddır. Bu gün biz təkcə suverenliyimizi qeyd etmirik, həm də onu qorumağa, möhkəmləndirməyə, gələcək nəsillərə miras qoymağa and içirik. Azərbaycan xalqı bu gün əminliklə deyir: bizim müstəqilliyimiz sarsılmazdır, suverenliyimiz əbədidir, dövlətimiz qalibdir!

Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025