Mobil versiya
Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüş keçirdi - FOTOLAR
Tarix: 17-09-2025 | Saat: 16:30
Bölmə:Media / Manşet | çapa göndər

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüş keçirdi -

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb.

aia.az xəbər verir ki, cari ilin aprel–iyul aylarını əhatə edən könüllülük proqramı gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial layihələrə fəal qoşulması və media sahəsində praktiki təcrübə toplaması üçün geniş imkanlar yaradıb. Könüllülər müxtəlif təlimlərdə, yerli və beynəlxalq tədbirlərdə təmsil olunub, eyni zamanda Agentlik tərəfindən həyata keçirilən “Media savadlılığı” həftəsinin və 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak ediblər.

MEDİA könüllüləri ilə görüş keçirən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək gənclərin təşəbbüskarlığı və məsuliyyətli yanaşmasının proqramın uğurla yekunlaşmasında mühüm rol oynadığını qeyd edib. O, MEDİA könüllülərinin xüsusilə 3-cü Şuşa Qlobal Media Forumundakı rolundan, göstərdikləri yaradıcı yanaşma və komanda ruhundan bəhs edib

Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 60-a yaxın gəncə sertifikatlar təqdim olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025