Spiker Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşüb -Fotolar
Tarix: 16-10-2025 | Saat: 19:03
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanın Asiya ölkələri ilə siyasi əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən spiker Sahibə Qafarova, ICAPP-ın regionda çoxtərəfliliyin, həmrəyliyin mühüm mexanizmi kimi çıxış etdiyini, Asiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm platforma olduğunu bildirib.
Söhbət zamanı Ulu öndər Heydər Əliyevin qurucusu, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin hakim partiyası kimi rolu, fəal beynəlxalq əlaqələri haqqında məlumat verilib. YAP-ın Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında fəal və uğurla təmsil olunmasından məmnunluq ifadə olunaraq, tərəflər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib. O cümlədən, YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının (ACC) “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda 4-cü iclası kimi beynəlxalq tədbirlərin müxtəlif ölkələrin siyasi partiyaları və mədəni qurumları arasında dialoqun gücləndirilməsinə, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və ortaq dəyərlər əsasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.
ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və ölkəmizin hakim partiyası ilə mövcud əlaqələrin inkişafını qeyd edib.
Söhbətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə ICAPP arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, Asiya regionunda parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı anlayışın dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2025