Mobil versiya
Qəzza hökuməti: İsrailin hücumlarından 20,000 partlamamış hərbi sursat qalıqları
Tarix: 16-10-2025 | Saat: 21:11
Bölmə:Özəl | çapa göndər

Qəzza hökuməti: İsrailin hücumlarından 20,000 partlamamış hərbi sursat qalıqları

Qəzza hökuməti İsrailin iki ildir bombardman etdiyi Qəzza zolağının ən böyük humanitar fəlakətlə üzləşdiyini və İsrailin hücumlarından 20 min partlamamış sursatın qaldığını bildirib.
Hökumətin Qəzzadakı media ofisi bəyanat yayaraq bildirib ki, İsrail Qəzza zolağında 70 milyon ton dağıntı qoyub. Bəyanatda sözügedən sursatların məhv edilməsi üçün ixtisaslaşmış qruplara ehtiyac olduğu vurğulanıb.

Bəyanatda vurğulanıb ki, Qəzza zolağı İsrailin iki ildən artıqdır davam edən hücumları nəticəsində görünməmiş bir həddə dağıntılara çevrilib. Bəyanatın davamında deyilir:

"Hökumətin 15 oktyabr çərşənbə günü əldə etdiyi məlumatlara görə, Qəzza zolağındakı dağıntılar təxminən 65-70 milyon ton təşkil edir. Bu dağıntılar İsrailin birbaşa hədəfə aldığı və dağıtdığı minlərlə ev, obyekt və infrastrukturdan qalıb. Qəzza zolağı tikinti və ətraf mühit baxımından fəlakət zonasına çevrilib".

Bəyanatda həmçinin Qəzzada dağıntıların aradan qaldırılması səylərinin əhəmiyyətli maneələrlə üzləşəcəyi, İsrailin maneələri səbəbindən ağır texnika və avadanlıqların bölgəyə çata bilmədiyi qeyd edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Təl-Əviv hökuməti sərhəd keçidlərini bağlı saxlayıb və dağıntılar altında basdırılmış cəsədləri çıxarmaq üçün istifadə olunan avadanlığın ölkəyə girişinə mane olur.

Qəzzada Atəşkəs və Məhbus Mübadiləsi Sazişi
ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

Müqavilə danışıqların getdiyi Misirdə imzalanıb və saziş İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da qüvvəyə minib.

İsrail ordusunun müqavilədə nəzərdə tutulduğu kimi "Sarı xətt"dən çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-da qüvvəyə mindiyi açıqlanıb.

İsrailin Qəzza zolağına qarşı iki illik hücumu zamanı 67 967 fələstinli həlak olub, 170 179 nəfər yaralanıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025