Mobil versiya
Ukraynada fövqəladə elektrik enerjisi kəsilib
Tarix: 16-10-2025 | Saat: 21:53
Bölmə:Özəl | çapa göndər

Ukraynada fövqəladə elektrik enerjisi kəsilib
Ukraynanın bütün bölgələrində elektrik enerjisi infrastrukturunun zədələnməsi səbəbindən fövqəladə elektrik enerjisi kəsilib, bu barədə ötürücü sistem operatoru “Ukrenerqo” məlumat yayıb
Şirkətdən verilən məlumata görə, sabah səhər saat 7:00-dan axşam saat 22:00-dək ölkənin bütün bölgələrində sənaye istehlakçıları üçün elektrik enerjisinin azaldılması qrafikləri qüvvədə olacaq. Çerniqov vilayətində saatlıq fasilə cədvəlləri tətbiq olunmağa davam edəcək.

“Ukrainska Pravda”nın yazdığına görə, ukraynalılar bu qış elektrik şəbəkəsində güc çatışmazlığı səbəbindən elektrik enerjisinin uzun müddət kəsilməsi ilə üzləşəcəklər.

Nəşrin məlumatına görə, ən ağır vəziyyət Çerniqov, Sumı, Xarkov, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində gözlənilir. Fövqəladə hallar hal-hazırda demək olar ki, bütün ölkə ərazisində qüvvədədir.

Oktyabrın 15-də Ukraynanın Çerniqov vilayətinin bir hissəsi və Donetsk Xalq Respublikasının (DXR) Kiyevin nəzarətində olan ərazisi istisna olmaqla, Ukraynanın bütün vilayətlərində vahid elektrik şəbəkəsində yaranmış çətin vəziyyətlə əlaqədar elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025