"Daha böyük kluba getmək fikrim yoxdur" - - Qurban Qurbanov
Tarix: 20-10-2025 | Saat: 14:35
Bölmə:İdman | çapa göndər

“Qarabağ”dan ayrılmaq və daha böyük kluba getmək kimi fikrim yoxdur.
"Unikal" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Mütəxəssis Ağdam klubu ilə arasında xüsusi bağ olduğunu söyləyib: “Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki burada öz evimdən daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey mümkündür. Klubda və ya sistemdə dəyişikliklər baş verə bilər. Hazırda “Qarabağ”dan ayrılmaq fikrim yoxdur. Bu komanda ilə ildən-ilə daha möhkəm olmaq və uğurlu nəticələr əldə etmək istəyirəm”.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 22-də UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi III tur çərçivəsində İspaniyada “Atletik”in qonağı olacaq. “San Mames” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2025