Mobil versiya
NATO-nun əsas xidmət təminatçısı olan agentliyə qarşı korrupsiya iddiaları
Tarix: 20-10-2025 | Saat: 14:39
Bölmə:Özəl | çapa göndər

NATO-nun əsas xidmət təminatçısı olan agentliyə qarşı korrupsiya iddiaları
NATO-nun əsas xidmət təminatçısı agentliyi olan NATO Dəstək və Satınalma Agentliyinin (NSPA) üç keçmiş əməkdaşının korrupsiya iddiaları səbəbilə saxlanıldığı bildirilir.
Belçika mətbuatında çıxan xəbərlərə görə, Lüksemburqda yerləşən NSPA-da bəzi məmurlara qarşı korrupsiya ittihamları irəli sürülüb.

İddialarla bağlı başladılan araşdırma çərçivəsində Belçika Federal Prokurorluğunun may ayında agentlikdə çalışan 3 Belçika vətəndaşını saxladığı məlum olub.

Bildirilib ki, saxlanılan şəxslər məxfi məlumatları NATO ilə yüksək qiymətli müqavilələr əldə etmək istəyən müdafiə şirkətlərinə ötürmüş ola bilərlər.

Sözügedən müqavilələrin 2021-2025-ci illər üçün təyyarə, helikopter, yanacaq və sursat alışı ilə bağlı olduğu bildirilir.

Şübhəlilərdən biri həbsdə qalır, ikincisi elektron izləmə cihazı ilə təchiz edilib, üçüncü şübhəli isə şərti olaraq sərbəst buraxılıb.

NATO hadisələri şərh etməkdən imtina edib.

NSPA NATO, onun müttəfiqləri, tərəfdaşları və digər beynəlxalq təşkilatlara təchizat və logistika dəstəyi verir.

Agentliyin fəaliyyətinə ilk növbədə NATO əməliyyatları və təlimlərinə dəstək və silah sistemləri dövriyyəsinin idarə edilməsi daxildir.

Təxminən 1500 işçisi olan agentliyə amerikalı Steysi Kamminqs rəhbərlik edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025