Üçrəngli bayrağımız artıq bütün Azərbaycan ərazisində dalğalanır
Tarix: 07-11-2025 | Saat: 09:54
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən üçrəngli dövlət bayrağı xalqımızın milli özünüdərkinin, dövlətçilik düşüncəsinin və azadlıq istəyinin təntənəsi idi. 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə Azərbaycan Respublikasının dövlət bayrağı təsdiqləndi. Məhz həmin gün – 9 noyabr tariximizə əbədi yazıldı.
Bu bayraq mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir. Mavi rəng – türk mənşəyimizi, qırmızı – müasirlik və tərəqqi ideyalarını, yaşıl isə – islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bayrağın ortasında yerləşən ağ rəngli aypara və səkkizguşəli ulduz isə xalqımızın milli-mənəvi dəyərlərini və dövlətçilik simvollarını əks etdirir.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu. 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində üçrəngli bayrağımız endirildi, müstəqil dövlətimiz süqut etdi. Lakin Azərbaycan xalqı bu bayrağın mənəvi dəyərini heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Azərbaycanın istiqlal arzusu 70 illik sovet əsarətinə baxmayaraq sönmədi. 1980–ci illərin sonlarında başlayan milli azadlıq hərəkatı xalqın qəlbində gizlənən azadlıq istəyini yenidən alovlandırdı. Bu dövrdə Azərbaycan xalqının milli şüurunun və dövlətçilik təfəkkürünün dirçəlişində Ümummilli Lider Heydər Əliyev tarixi rol oynadı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Həmin qərarla eyni zamanda Azərbaycan SSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması təklif edildi. Bu, müstəqil Azərbaycan dövlətinin yaranması yolunda ilk mühüm siyasi addım idi.
Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi. Beləliklə, xalqımız 70 ildən sonra yenidən öz milli rəmzinə qovuşdu.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə üçrəngli bayrağımız artıq bütün ölkə üzrə dalğalanmağa başladı. Azərbaycan Respublikasının Konstitusiyasında bu bayraq dövlətin əsas rəmzi kimi təsbit olundu. Onun rəngləri, simvolları və mənası Konstitusiyanın 23-cü maddəsində öz əksini tapdı.
Üçrəngli bayrağımız bu gün Azərbaycanın beynəlxalq miqyasda tanınmasının, suverenliyinin və milli ləyaqətinin rəmzidir. O, artıq dünyanın bir çox paytaxtlarında yerləşən səfirliklərimizdə, beynəlxalq təşkilatların qərargahlarında, BMT və Avropa Şurası binalarında dalğalanır.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət rəmzlərinə, o cümlədən üçrəngli bayrağımıza xüsusi diqqət və ehtiramla yanaşır. Onun təşəbbüsü ilə 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalandı.
Bu sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Milli Məclisin həmin ilin dekabrın 4-də verdiyi qərarla bu tarix rəsmi şəkildə dövlət bayramı statusu aldı.
Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanı yaradıldı. Burada dalğalanan bayraq dünyanın ən hündür bayraqlarından biridir. Meydanın açılışında dövlət başçısının söylədiyi bu sözlər dərin mənaya malikdir:
“Azərbaycan bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir. Bu bayraq bizim kimliyimizi, gücümüzü, azadlığımızı və gələcəyimizi təcəssüm etdirir.”
Üçrəngli bayrağımızın bu gün azad torpaqlarımızda dalğalanması minlərlə qəhrəman Vətən övladının qanı və canı bahasına mümkün olub. 1990-cı il 20 Yanvar hadisələrindən, I Qarabağ müharibəsindən, 44 günlük Vətən müharibəsindən keçən yol, bu bayrağın azadlıq simvoluna çevrilməsi üçün ödənilən yüksək qiymətin tarixidir.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın etdi. Bu qələbə nəticəsində 30 illik həsrətə son qoyuldu – üçrəngli bayrağımız Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında, Kəlbəcərdə və nəhayət Xankəndidə qürurla dalğalandı.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycan Bayrağını ucaltdı. Bu, tariximizin ən möhtəşəm anlarından biri idi – üçrəngli bayrağımız yenidən bütün Qarabağ səmasında dalğalanmağa başladı.
Azərbaycanın dövlət bayrağı təkcə bir parça parça deyil. O, bir millətin ruhunu, qürurunu, tarixini və gələcəyini daşıyır. Bayrağımız bizə azadlıq uğrunda canını fəda etmiş şəhidlərimizi xatırladır, eyni zamanda bizi sabaha, birliyə və müstəqil inkişaf yoluna səsləyir.
Bayraq – milli həmrəyliyin təcəssümüdür. Hər dəfə dövlət tədbirlərində, məktəblərdə, idman yarışlarında, beynəlxalq forumlarda bayrağımız qaldırıldıqda hər bir azərbaycanlının qəlbində qürur hissi oyanır. Bu hiss – Vətən sevgisinin ən saf ifadəsidir.
Dövlət Bayrağı Günü təkcə rəsmi bayram deyil, bu gün xalqımız üçün mənəvi qürur və tarixi yaddaş günüdür. Üçrəngli bayrağımızın hər bir rəngi, hər bir simvolu xalqımızın keçmişindən, bu günündən və gələcəyindən xəbər verir.
Azərbaycan xalqı bu bayrağın ucalığı uğrunda minlərlə şəhid verib və bu müqəddəs simvolun dəyərini heç zaman unutmayacaq.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi:
“Azərbaycan bayrağı Azərbaycan dövlətinin, onun müstəqilliyinin rəmzidir. Onu uca tutmaq, qorumaq və daim yüksəklərdə dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.”
Bu gün üçrəngli bayrağımızın dalğalandığı hər bir məkanda – Şuşada, Xankəndidə, Naxçıvanda, Bakıda və dünyanın bütün guşələrində – Azərbaycanın səsi, ruhu və əzəməti duyulur.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2025