Sahibə Qafarova: Azərbaycan bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir
Tarix: 07-11-2025 | Saat: 22:01
Bölmə:Karusel / Gündəm / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada çıxışında ölkəmizdə bərpaolunan enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə də məlumat verib. O deyib ki, Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək enerji balansında bərpa olunan enerjinin payını artırmaqdadır və ölkəmiz bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir.
Qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.
Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə bu investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza baxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində strateji baxışın bariz nümunəsidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2025