Bakıda səkini parkinqə çevirmək istədilər - AYNA-dan REAKSİYA
Tarix: 27-11-2025 | Saat: 13:29
Bölmə:Ölkə | çapa göndər

Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına parkinq yaradılmasını əks etdirən görüntülər yayılıb.
aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərə əsasən binalardan birinin qarşısında gecə saatlarında parkinq yeri hazırlandığı məlum olur.
Parkinqin səkinin hesabına təşkil edilməsi isə narazılıq yaradıb. Bildirilib ki, bu kimi dəyişikliklər piyadaların hərəkət təhlükəsizliyini pozur, həm də küçədə nəqliyyatın axınına maneə olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən cavab olaraq bildirilib ki, AYNA və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə səkinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb və bərpası həyata keçirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2025