Mobil versiya
BMT məruzəçiləri Sudanın Faşir şəhərində insan alveri ilə bağlı təcili tədbirlər görülməsinə çağırır
Tarix: 27-11-2025 | Saat: 20:55
Bölmə:Özəl | çapa göndər

BMT məruzəçiləri Sudanın Faşir şəhərində insan alveri ilə bağlı təcili tədbirlər görülməsinə çağırır

Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri Sudanda ordu ilə toqquşmalarda Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilən Faşir şəhərində insan alverinə qarşı mübarizə aparmaq üçün "təcili tədbirlər" görülməsinə çağırıblar.
BMT məruzəçiləri Sudandakı vəziyyətlə bağlı yazılı bəyanat yayıblar.

Faşir və ətraf ərazilərin HDK tərəfindən ələ keçirilməsindən sonra insan alveri ilə bağlı həyəcan verici məlumatların əldə edildiyi qeyd edilən bəyanatda deyilirdi: "İnsan alveri ilə mübarizə üçün təcili tədbirlər görülməsinə çağırırıq".
Bəyanatda HDK-nın 2024-cü ilin may ayında başlayan Faşir və ətraf əraziləri mühasirəsi səbəbindən 470.000-dən çox insanın dəfələrlə didərgin düşdüyü vurğulanıb.

Bəyanatda cinsi zorakılığın bir çox ərazidə geniş yayıldığı qeyd olunaraq, "6 milyondan çox uşaq (onların 27 faizi 5 yaşdan kiçikdir) daxili köçkündür və ya qonşu ölkələrdə sığınacaq və qorunma axtarır" deyilir.

Bəyanatda HDK-nın nəzarəti altında olan ərazilərdə qadın və qızların cinsi zorakılıq və cinsi istismar riski altında olduğu vurğulanıb.

14 noyabrda keçirilən BMT İnsan Hüquqları Şurasının xüsusi sessiyasında HDK tərəfindən Sudan ordusu ilə toqquşmalar zamanı ələ keçirilən Faşir və ətrafında artan zorakılıq qəti şəkildə pislənilib və orada baş verən qanun pozuntuları ilə bağlı təcili araşdırma aparılır.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2025