Milli Məclisinin deputatı Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib -Fotolar
Tarix: 27-11-2025 | Saat: 19:13
Bölmə:Manşet / Özəl | çapa göndər

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib.
aia.az xəbər verir ki, 27.11.2025-ci il tarixində millət vəkili Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında YAP Şirvan şəhər təşkilatı sədri Zahir Qəhrəmanov və Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın iştirakı ilə vətəndaş qəbulu keçirib. Qəbul zamanı millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini dinləyərək, onları narahat edən müxtəlif xarakterli məsələlərlə tanış oldu. Görüşdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapdı, maddi yardımla bağlı müraciət edən vətəndaşlara yardım edildi, digərlərinin isə həlli ilə bağlı qeydlər aparıldı və onların həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
Görüşdən sonra Millət Vəkili Heydər Əsədov vətəndaşların müraciəti əsasında şəxsi vəsaiti hesabına Sahib Zeynalov küçəsində yerləşən yaşayış binasının önündə inşa etdirdiyi söhbətgahın açılışında iştirak etdi.
Daha sonra millət vəkili Vətən müharibəsi şəhidləri Məmmədov Xəqani Füzuli oğlunun və Məmmədli Cavid Natiq oğlunun ailələrini ziyarət edərək, onların qayğıları ilə maraqlandı və lazımi yardımlar etdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2025