Mobil versiya
Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır
Tarix: 25-04-2026 | Saat: 10:42
Bölmə:Dünya | çapa göndər

Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır


İranın xarici işlər naziri Abbas Əraqçi ötən axşam İslamabada səfər edib.

“Pars Today”a xəbər verir ki, İranın xarici işlər naziri Əraqçinin İslamabadda həm Pakistan rəsmiləri, həm də ABŞ nümayəndə heyəti ilə görüşü keçirəcək.
Əraqçinin İslamabaddan sonra Oan paytaxtı Maskat və oradan isə Moskvaya səfər edəcək.
ABŞ nümayəndə heyətinin üzvləri Stiv Uitkoff və Cared Kuşner şənbə günü İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada getməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp isə “Reuters”ə bildirib ki, İran ABŞ-ın tələblərini ödəmək üçün təklif verməyi planlaşdırır.

O, təklifin nə olacağını hələ bilmədiyini söyləyib. O, istənilən razılaşmanın İranın zənginləşdirilmiş urandan imtina etməsini və Hörmüz boğazından neftin sərbəst hərəkətinə icazə verməsini özündə ehtiva etməsində israr edir.
Tramp ABŞ ordusunun razılaşma əldə olunana qədər İran limanlarını blokadada saxlayacağına israr edib.

Blokadanı qaldırmaq üçün nəyin lazım olduğu soruşulduqda, Tramp belə cavab verib: "Bu suala daha sonra cavab verə bilərəm. Onların nə təklif etdiyini görməliyəm".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə