"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Tarix: 25-04-2026 | Saat: 13:11
Bölmə:Dünya | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlaması ilə diqqət çəkib.
Baş nazir son çıxışında daim siyasi mövqeyi ilə gündəmdə olan və seçkilər öncəsi xalqı özünə səs verməyə çağıran “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samvel Karapetyan haqqında danışıb.
Paşinyan bildirib:
“Deyilənə görə, bəzi oliqarxlar iddia edirlər ki, iki aydan sonra baş nazir olacaqlar. Hətta belə bir söz də yayılıb ki, guya onlar bir mağazaya girib avtomobil sifariş veriblər, mağaza işçisi isə onlara deyib ki, sizin istədiyiniz bordo salonlu avtomobil yalnız iki aydan sonra gələcək".
Baş nazir daha sonra mesaj verərək vurğulayıb ki, siyasət pul və sifarişlə əldə edilən bir sahə deyil:
“İndi isə bunlar sağa-sola vədlər verir, hər kəsi "razı salmağa" çalışırlar ki, hamı sakit olsun. Amma açıq şəkildə görünür ki, bu davranışların arxasında ciddi qeyri-müəyyənlik və şübhəli iddialar dayanır. Sizə demək istədiyim odur ki, bu məsələni ciddi qəbul etmək lazımdır — zahirən adi görünən bu söhbətlərin arxasında daha fərqli bir reallıq ola bilər".
Xatırladaq ki, Samvel Karapetyan dəfələrlə çıxışlarında Paşinyanın siyasətini sərt tənqid edib. O, seçiciləri açıq şəkildə ona qarşı səs verməyə çağırıb və Paşinyanın siyasi kursunu ciddi risk kimi qiymətləndirib.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-04-2026